05 Avqust 2024 10:49
101
İDMAN

Orxan Hüseynzadə Çempionlar Liqasının oyununa təyinat aldı

Azərbaycanın UEFA nümayəndəsi Orxan Hüseynzadə yeni təyinat alıb.

Adalet.az xəbər verir ki, o, Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində avqustun 7-də keçiriləcək “Slaviya” (Çexiya) – “Union” (Belçika) görüşünün UEFA nümayəndəsi olacaq.

Praqa şəhərində yerləşən “Eden Arena”da keçiriləcək matçı almaniyalı baş hakim Tobias Stieler idarə edəcək.