15 May 2019 15:05
165415
RUBRİKA

"Gülməxəbər" - YENİ RUBRİKA

Adalet.az sizə yeni "Gülməxəbər" adlı rubrikasını təqdim edir. Rubrikamız həftə içi 5 gün yayımlanacaq. Ən qeyri-adi xəbərləri bu rubrikadan oxuyacaqsınız.










Eşşək boyda eşşək!

İllərdir insana "eşşək boydasan" deyimininsirrini çözə bilmirdim. Bizimgördüyümüz eşşəklər nə boydadır ki?Britaniya mətbuatı məni mat elədi. Sən demə,Britaniyanın Linkolşir qraflığındakı qoruqda yaşayan Derrik adlı eşşək özhəmcinsləri arasında ən böyük olduğuna görə rekordlar kitabına düşə bilər. Onunboyu 170 santimetrdir, lakin bu rəqəmin artmaq ehtimalı çoxdur. Çünki, Derrikhələ 5 yaşındadır. Eşşəklərin boy artımı isə 7 yaşa qədər davam edir. Derrikhəmcinsləri arasında Ginnesin Rekordlar Kitabına adı yazılmış Romulusdan 3santimetr geri qalır. Hətta qoruq sahibləri əmindirlər ki, Darrikin boyutezliklə Romulusdan daha uca olacaq.



Cənnətdən də bezən tapıldı!

İllərdirinsan cənnət eşqilə alışıb yanır. Hamı yaşadığı yeri cənnətə çevirməkarzusundadır. Amma gförün cənnətə düşənlər neyləyir?!

Deməli,həbsdən qaçdıqdan sonra 10 il Kanar adalarında yaşayan 64 yaşlı cinayətkarıkurortda keçən həyat yorub. O deyib ki, bütün dünyada məşhur olan vəturistlərin həvəslə üz tutduğu Tenerife adası artıq onu bezdirib və bu qədərgözəl həyat yaşamaq ona kifayətdir. Qəribə düşüncəli cinayətkarın hansı əmələgörə məhkum olunduğu və adı barədə məlumat verilmir.

Neyləyək,olsun! Heç olmasa, yerinə bir adam göndərərdin, ay bədbəxt!



Adamı xəzinə tapıdığına görə peşman edən Almaniya...

AlmaniyanınEslingen şəhərindən olan iki tarixçi 2017-ci ilin yayında arxeoloji qazıntılarzamanı təsadüfən xəzinə tapıb. Amma bu barədə hökumətə məlumat verməyiblər.Almaniya qanunlarına görə isə, xəzinə tapan şəxslər dərhal bu barədə dövlətorqanlarına məlumat verməlidirlər. Xəzinə tapan şəxsin şəxsi həyətində olsabelə, o dövlətə məxsus hesab edilir.

Tarixçilərdənbiri dözməyib, 2018-ci ilin yayında vicdanının səsinə qulaq asıb, bu barədəyerli hakimiyyət orqanlarına məlumat verib. Elə o gündən də onların həyatındaaləm dəyib bir-birinə. Nöşün? Oşün ki, tarixçilər tapdıqları xəzinəni təhvilverməklə yanaşı, üstəlik cərimə də ödəməlidirlər. Əks halda onları həbsgözləyir.Tapılmış gil küpənin içərisində 9200 gümüş sikkə aşkarlanıb.Onların ümumi çəkisi 4,6 kq -dır. Gümüş sikkələrin ən qədimi 1280-ci, ən yenisi1350-ci ilə aiddir.Mütəxəssislərin dediyinə görə, bu Almaniyada son 10ildə tapılmış orta əsrlərə dair ən böyük xəzinədir.

Ömründəbir dəfə xəzinəı tap, onda da dövlət tutub əlindən alsın, hələ üstəlik dövlətəborclu da qal, bu da azmış kimi həbs təhlükəsilə yaşa. Bəs, deyirdilər,oralarda hamı xoşbəxtdi?!