adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
22 Aprel 2024 18:05
1114
TEXNOLOGİYA

Hacı Şahinin "Youtube" kanalı geri qaytarıldı

Mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin hakerlər tərəfindən ələ keçirilən rəsmi Yutub hesabı geri qaytarılıb.

Adalet.az xəbər verir ki, bu barədə ilahiyyatçının rəsmi Feysbuk səhifəsində məlumat verilib.

"Əziz dostlar, Hacı Şahin Həsənlinin rəsmi Yutub kanalı geri qaytarıldı və artıq yenidən xidmətinizdədir. Bu günlərdə bizə yardım edən və dəstək olan hər kəsə təşəkkür edirik".

Qeyd edək ki, bir müddət öncə mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin Yutub səhifəsi oğurlanmışdı.