17 Iyul 2024 10:50
199
DÜNYA

Hakan Fidan HƏMAS lideri ilə müzakirə apardı

Türkiyənin Xarici işlər naziri Hakan Fidan HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyə ilə telefon danışığı aparıb. 

Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər Qəzzada humanitar vəziyyəti və atəşkəs danışıqlarındakı son vəziyyəti müzakirə ediblər. 

Danışıqların digər təfərrüatları açıqlanmayıb.