17 Iyul 2024 12:00
216
DÜNYA

Tramp sanksiyaların əleyhinədir

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Bloomberg-ə müsahibəsində bildirib ki, Rusiyaya qarşı sanksiyaların tədbiqi, bir çox ölkələrin Vaşinqtona münasibətlərinə pis   təsir etdi.

 "Bizim aanksiyalar tədbiq etməyimiz, hamının bizdən uzaqlaşmasına gətirib çıxarır. Ona görə də, mən sanksiyaları qəbul etmirəm"- deyə Tramp bildirib.

 Bununla yanaşı eks-prezident vurğulayıb ki, hakimiyyətdə olduğu vaxtlarda İrana qarşı sanksiyalar tədbiq edib, lakin sonradan anlayıb ki, bu sanksiyaların tədbiq olunmasına o qədər də ehyiyac yox imiş.

 Donald Tramp, hazırki Co Bayden hakimiyyətinin Rusiya və Cinə qarşı apardığı siyasətin də yalnış olduğunu bildirib. O, qeyd edib ki, aparılan siyasət Pekin, Tehran, Moskva və Pxenyan ittifaqını gücləndirib.

 Rüstəm Hacıyev