Sabahkı oyunda revanş üçün çalışacağıq - "Şerif"in baş məşqçisi
Sabahkı oyunda revanş üçün çalışacağıq.
Adalet.az xəbər verir ki, bu sözləri "Şerif" klubunun baş məşqçisi Yuri Qura UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab qarşılaması çərçivəsində iyulun 18-də “Zirə” komandası ilə keçirəcəkləri oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.
O, komandasının “Zirə”dən çəkinmədiyini vurğulayaraq bildirib: “Əlimizdən gələni edəcəyik. Rəqib barədə ilk oyundan öncə ötən mövsüm "Qəbələ"də çıxış edən, hazırda isə heyətimizdə olan Əyyub Allaşdan məlumat almışam. Eləcə də “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov futbolçu kimi "Qarabağ"ın heyətində “Şerif”ə qarşı oyunlar keçirib. Köməkçi məşqçim onunla Türkiyədə komanda yoldaşı olub. Buna görə onu çox yaxşı analiz etmişik və məlumat toplamışıq".
İyulun 18-də “Dalğa Arena”da keçiriləcək “Zirə”-“Şerif” matçı saat 20:00-da başlayacaq.
Xatırladaq ki, birinci oyunda Bakı klubu 1:0 hesablı qələbə qazanıb. Bu cütün qalibi II təsnifat mərhələsində “Elfsborq” (İsveç) – “Pafos” (Kipr) görüşünün güclüsü ilə qarşılaşacaq.
Digər Xəbərlər
24 Sentyabr 2026 23:25
Anar Ələkbərov Formula 1-də - FOTOLAR
24 Sentyabr 2026 19:42
Formula 1 Azərbaycan Qran-Prisinin ilk günündən FOTOLAR
24 Sentyabr 2026 13:56
Rassel ilk sərbəst yürüşün qalibi oldu
24 Sentyabr 2026 12:35
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib
24 Sentyabr 2026 10:26
Formula 1 “Sea Breeze”də keçiriləcək?
24 Sentyabr 2026 10:05
Formula 2 yarışı üzrə sərbəst yürüşə start verildi
24 Sentyabr 2026 09:15
Formula 1 onuncu dəfə Bakıda: Azərbaycan Qran-Prisi başlayır
23 Sentyabr 2026 23:45


Bakı -°C

