17 Iyul 2024 10:32
201
DÜNYA

"Qərb Rusiya ilə danışıqlar imkanlarını araşdırır" - Zaxarova

Qərb ölkələri BMT Təhlükəsizlik Şurasının iclasları çərçivəsində Ukrayna böhranının həllində danışıqların təşkili üçün yeni imkanları araşdırır. 

Adalet.az  xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Diplomat BMT Təhlükəsizlik Şurasının iclasının keçirildiyi Nyu-Yorkda təkcə Küveyt, Bəhreyn, İran, Macarıstan nümayəndələrinin deyil, həmçinin İsveçrənin xarici işlər naziri İqnazio Kassisin də xarici işlər naziri Sergey Lavrovla görüşdüyünü deyib: "Üstəlik, görüş İsveçrə tərəfinin xahişi ilə baş tutub".