16 Iyul 2024 15:51
132
DÜNYA

Rusiyanın dondurulmuş toyuq budları erməniləri zəhərlədi - Gorusda olay

Rusiya istehsalı olan dondurulmuş toyuq budu erməniləri zəhərləyib.

Adalet.az xəbər verir ki, Ermənistan Qida Təhlükəsizliyi Müfəttişliyi orqanı Zəngəzur  vilayətinin Gorus şəhərində qeydə alınan zəhərlənmə hadisəsinə operativ reaksiya verib, öz səlahiyyətləri daxilində lazımi tədbirlər görüb. O cümlədən, həmin gün Gorus şəhərindəki mağazaların birindən və Şinuheyr kəndindəki mağazadan ilkin diaqnozla xəstəxanaya çatdırılan ailə üzvlərinin alıb istifadə etdikləri məhsullardan nümunələr götürülüb. 


Müvafiq olaraq Rusiya istehsalı olan dondurulmuş toyuq budu, toyuq kotleti, Krakovski tipli kolbasa və Rusiya istehsalı olan buğda unundan hazırlanmış qida məhsulları laboratoriya müayinəsinə təqdim edilib.

Müayinənin nəticəsinə əsasən, dondurulmuş broyler toyuq budu nümunəsində patogen salmonella aşkar edilib (istehsalçı və təchizatçı: “SPK Kournikov” MMC, Saratov quşçuluq zavodu, 04.10.2024-cü il, yararlılıq müddəti: 01/10/ 2025) və "Home Food" brendinin toyuq əti kotleti MAFAnMK (mezofilik aerob və fakultativ anaerob bakteriyalar) indeksinə əsasən (istehsalçı: A/D Samson Avaqyan, Sünik rayonu, istehsal olunmuş) Aİİ-nin texniki reqlamentinin tələblərinə cavab verməmişdir. 25.05.2024-cü il, istifadə müddəti 120 gün).

Laboratoriya müayinəsinin nəticələri ilkin ekspertiza orqanına təqdim olunacaq.


Əntiqə Rəşid