25 Mart 2016 18:56
325719
MODA

"HAPPY KiDS FASHION" adlı uşaq moda müsabiqəsi keçirilib

Caspian Business Oteldə 4-15 yaş uşaqlar arasında "Happy Kids Fashion" adlı müsabiqə təşkil olunub.

Adalet.az xəbər verir ki, müsabiqədə əsas məqsəd modelyerlərin əl işlərini nümayiş etdirməkdən ibarət olub. Müsabiqədə əsasən yazın gəlişi və milli arqumentləri əks etdirən geyimlər, həmçinin şəhər geyimləri nümayiş olunub.

Sonda münsiflər tərəfindən seçilən modellərə qramud verilib. Həmçinin bütün iştirakçılara hədiyyələr və diplomlar təqdim olunub.

Təşkilatçılar çəkilişdə göstərdiyi köməyə görə, Art Stara Amiran bəyə, tədbirin aparıcısı Elvin bəyə, həmçinin müğənnilərə musiqi tövsiyələrinə, diqqətinə görə, ən əsası Caspian Business Otelə, şəxsən Faiq müəllimə öz təşəkkürünü bildirir.