Həcc vizası üçün sağlamlıq sertifikatı tələb olunacaq
Viza verilərkən zəvvarlardan sağlamlıq sertifikatı istənəcək. Sertifikat Həcc bürosu və tibbi missiyanın məsul şəxsi tərəfindən təsdiq olunmalı və “Masar” platformasında elektron şəkildə qeydə alınmalıdır.
Adalet.az əl-Xəlic” qəzetinə istinadla xəbər verir ki, bu qayda Səudiyyə Ərəbistanı Həcc və Ümrə Nazirliyi tərəfindən növbəti mövsümdə tətbiq olunacaq.
Qeyd olunur ki, qurbanlıq heyvanın satın alınması və kəsilməsi üçün ödəmə “Adahi” platforması və Həcc büroları vasitəsilə həyata keçiriləcək.
Səudiyyə Ərəbistanı Həcc və Ümrə naziri Taufiq əl-Rəbia bildirib ki, "Nusuk" kartı Məkkə məscidinə və digər müqəddəs yerlərə giriş üçün vacib olacaq, eləcə də bütün maliyyə və inzibati əməliyyatlar "Nusuk" və "Masar" platformaları vasitəsilə aparılacaq.
Digər Xəbərlər
13 Noyabr 2025 11:03
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub
13 Noyabr 2025 10:59
"Nərimanov" stansiyasının 4-cü çıxışı təmirə bağlanılıb
13 Noyabr 2025 10:42
“İcra başçılarının həbsləri göstərir ki...”
13 Noyabr 2025 10:41


Bakı -°C

