adalet.az header logo
  • Bakı -°C

"Tarixin qatarı gecikənləri gözləmir"... -  Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
300 | 2025-11-13 10:33
A- A+

Donald Trampın aylardı Rusiya-Ukrayna müharibəsini danışıqlar çərçivəsinə yönləndirmək cəhdləri, Rusiya prezidenti Vladimir Putinin imperiya  hikkələri ucbatından hələ ki, nəticəsiz qalmaqdadır. Ümidləri üzülməkdə olan ABŞ prezidenti Donald Tramp isə, artıq yavaş-yavaş vasitəçilik təşəbbüslərindən geri çəkilməkdədir.

 Bu işğalçı müharibə Rusiya üçün ağır sanksiyalarla, iqdisadi böhranla üzləşmək təhlükəsı qarşısında qoyur. Bir tərəfdən ABŞ prezidentinin "heç bir şərt irəli sürmədən atəşi dayandıtmaq və münaqişəni danışıqlar yolu ilə həllinə başlamaq" təklifi faktiki olaraq Rusiya prezidenti tərəfindən rədd edilir, digər tərəfdən isə...  Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edir ki, Rusiya ümid edir ki, ABŞ prezidenti Donald Tramp Ukrayna münaqişəsinin diplomatik yolla həllində iştirak etmək niyyətindən geri çəkilməyib. 

 "Biz səmimi olaraq inanırıq ki, prezident Tramp hələ də, Ukrayna münaqişəsinin diplomatik yolla həllinə kömək etməyə hazırdır"- deyə Peskov bəyan edir.

 Bu arada, Rusiyanın xarici işlər naziri Sergey Lavrovda bəyan edir ki, "bəli danışıqlara hazırıq, lakin bizim şərtlərimiz Ukrayna tərəfindən qəbul edilməlidir". Putinin şərtləri məlumdur, "işğal edilmiş ərazilər Ukrayna tərəfindən Rusiyanın əraziləri kimi tanınmalı, Ukrayna NATO-ya qəbul olunmaqdan imtina etməli, ən əsası isə Ukrayna prezidentliyinə namizədlər Moskva ilə razılaşdırılmalıdır. (Yəni tam kapitulyasiya ilə razılaşmalıdır ??? R.H.)

 Bir anlıq belə təsəvvür yaranır ki,   Rusiya diplomatiyasını aparanların bir-birilərindən xəbərləri yoxdur ki, belə ziddiyətli  bəyənatlarla çıxış edirlər. Lakin, bu göründüyü kimi deyil. Kremldə oturanlar öz aləmlərində guya,  dünya ictimayyətini "ikibaşlı oyunları ilə çaş-bas salırlar"...

 Təbii ki, Ukraynanın Putinin bu şərtləriylə  razılaşması mümkün deyil.  Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevdə bu yaxınlarda bununla bağlı Ukraynalı jurnalistə  verdiyi cavabda bəyan etmişdir ki, "Ukrayna heç vaxt ərazilərinin işğalı ilə barışmayacaq, əgər barışarsa onda mənim dünya siyasətindən xəbərim yoxdur"...

  Əslində Azərbaycan prezidenti cənab İlham Əliyev, bu bəyanatı ilə, münaqişə tərəflərinin hər ikisinə və dünya ictimayyətinə diplomatik  yolla xəbərdarlıq  etmişdir ki, əks halda bu müharibə sonsuzluğa qədər uzanacaq.  Bu bəyənatı ilə onlara,  "müharibənin tezliklə, diplomatik yolla ədalətli həllı tapmalıdır" mesajını vermişdi. Yəni, demək istəmişdi ki, "TƏLƏSİN ",  Tarixin qatarı gecikənləri gözləmir...

Müharibənin uzanması nə Rusiyaya, nə Avropaya sərf etmir. Rusiyanın iqtisadiyatı çökür,  Avropanın isə gücü tükənir. Əsasən də, şəhərləri, kəndləri, sənayesi, infrastrukturu tamamilə dağılmaqda olan Ukraynaya heç sərf etmir. Lakin, hücuma məruz qalan, əraziləri işğal edilən Ukraynadır, ağ bayraq qaldırıb biabırcılıqla təslim olmalıdırmı?.. 

Mümkün deyil... Heç vaxt...

Tarixin qatarı isə gözləmir...

 

TƏQVİM / ARXİV