22 Aprel 2025 12:46
94
GÜNDƏM

"Həkimlərə əlavələr gecikdirilir" - Deputat

“Son illərdə Sumqayıt Tibb Mərkəzi, Gəncə Birləşmiş Xəstəxanası və Kliniki Tibbi Mərkəzdə aparılan uyğunluq auditi nəticəsində bir-birini təkrarlayan, mahiyyətcə eynilik təşkil edən pozuntuların şahidi oluruq”.

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deputat Müşfiq Məmmədli bildirib.

“Çarpayı sayının eyni qalması və yaxud azalması fonunda ştat sayının kəskin artımı(10-15%), ştat vahidlərində qeyri tibb personalın 35%-dən yuxarı həddə çatması, ştat cәdvәlinin vahid tarif-ixtisas kitabçasına uyğun olmaması nәzәrdә tutulmayan vәzifәlәrin müәyyәn edilmәsi ilә dövlәt vәsaitinә әlavә tәlәbat yaradılması halları var. Bundan başqa, PHŞ-lərdə qarışıq və natamam iqtisadi idarəetmənin olması səbəbindən əsassız ödənişlərin olması, müəssisələrdə iqtisadi hesabatlılığın gecikməsi səbəbindən əsas gəlir gətirən həkimlərə həvəsləndici əlavələrin 3-4 ay gecikməsi, dövlәt әmlakının uçotu vә istifadәsinin düzgün tәşkil edilmәmәsi bir sıra hallarda aktivlәrin әksik vә ya artıq gәlmәsi dövlәt әmlakının sәmәrәli vә funksional fәaliyyәtә uyğun idarә olunmaması halları da mövcuddur. Xüsusən burada dövlət əmlakının icarəyə və ya autsorsinqə verilməsinə diqqət ayrılmalıdır”, - deyə deputat bildirib.