Həlak olan ekipaj üzvlərinin ailələrinə Prezident təqaüdü TƏYİN EDİLDİ
Kənar müdaxilə nəticəsində Aktauda qəzaya uğrayan Azərbaycan təyyarəsinin həlak olan ekipaj üzvləri - pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov, bələdçi Hökumə Əliyevaya "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qanunvericiliyə əsasən, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə və onların ailə üzvlərinə dövlət qayğısını artırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir.
Adalet.az xəbər verir ki, Modern.az Milli Qəhrəmanların ailələrinə təqaüd təyin edilib-edilmədiyini öyrənmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxlayıb.
Sorğuya cavab olaraq bildirilib ki, nazirlik tərəfindən Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı verilmiş Hökumə Cəlil qızı Əliyevanın, İqor İvanoviç Kşnyakinin, Aleksandr Georgiyeviç Kalyaninovun ailə üzvlərinə proaktiv qaydada Milli Qəhrəmanların ailələri üçün nəzərdə tutulan aylıq təqaüdün (1800 manat) təyinatı aparılıb.
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən "Azərbaycan Hava Yolları"na məxsus "Embraer 190" tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstanın Aktau şəhəri istiqamətinə yönləndirilib. İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycan təyyarəsi Çeçenistanın hava məkanında olan zaman Rusiyanın hava hücumundan müdafiə vasitələri tərəfindən vurulub, hava gəmisi idarəetməni itirib. Təyyarənin füzelyajında zenit raket kompleksindən atılan raketin qəlpələrinin izləri qeydə alınıb.
Digər Xəbərlər
02 Yanvar 2026 23:16
"Autonova" şirkəti vətəndaşı aldadıb? - 30 min verib... - VİDEO
02 Yanvar 2026 17:00
Kiberdələduzluq hallarının artması müşahidə olunur - DİN
02 Yanvar 2026 11:52
Milli Qəhrəman Natiq Qasımovun doğum günüdür
02 Yanvar 2026 10:07
Bakı-Şamaxı yolunda hərəkət çətinləşdi - VİDEO
02 Yanvar 2026 08:40
Polad Həşimovun doğum günüdür
01 Yanvar 2026 18:15
Leyla və Arzu Əliyevalar ahıl şəxslərlə Yeni il süfrəsində - FOTOLAR
01 Yanvar 2026 18:03
Azərbaycanın Ermənistanın hava məkanından istifadəyə görə ödədiyi məbləğ açıqlandı
01 Yanvar 2026 10:00


Bakı -°C

