adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
17 Yanvar 2022 17:09
567
GÜNDƏM

Hesablama Palatası bu nazirliklərdə yoxlama aparacaq

Hesablama Palatası tərəfindən 2022-ci ildə Mədəniyyət Nazirliyində və Gənclər və İdman Nazirliyində audit aparılacaq.

Adalet.az xəbər verir ki, bu barədə Hesablama Palatasından bildirilib.

Qeyd edilib ki, 2021-ci ilin 24 dekabr tarixində Hesablama Palatasının kənar dövlət maliyyə nəzarəti tədbirlərini, eləcə də cari fəaliyyətini əhatə edən 2022-ci il üçün İş Planı təsdiq edilib və cari ildə Mədəniyyət Nazirliyində və Gənclər və İdman Nazirliyində audit aparılması nəzərdə tutulur.