Hesablama Palatasına ayrılacaq vəsaitlərin istiqamətləri açıqlanıb
Gələn il Hesablama Palatasının saxlanmasına 11,5 milyon manat vəsaitin ayrılacağı planlaşdırılır.
Adalet.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
Onun sözlərinə görə, bu vəsaitin 57 %-i 56 nəzarət tədbirinin keçirilməsi üçündür: "19 %-i 6 yarımillik və 1 illik hesabatın hazırlanması, 8 %-i isə 4 dəfə çap ediləcək dövlət auditi jurnalına, 1 hesabat, 1 məlumatın və 8 xülasənin hazırlanması, daha 7 %-i isə beynəlxalq imicimizin gücləndirilməsi, o cümlədən 2 beynəlxalq layihənin həyata keçirilməsi, 14 işçi qrupunda iştirakımızın və beynəlxalq sertifikatlı əməkdaşlarımızın 20 % artırılması məqsədi ilə, digər 7 %-i isə növbəti illərə rəqəmsal transformasiya və İT auditi üzrə bir sıra fəaliytətlər üçün nəzərdə tutulub".
V. Gülməmmədov qeyd edib ki, bu xərclər hesabına Hesablama Palatasının 197 əməkdaşına əməkhaqqı hesablanır: "Növbəti ildə ölkə başçısı tərəfindən müəyyən edilən “Yaşıl dünya naminə həmrəylik ili”n tələbləri nəzərə alınaraq mətbuat və dəftərxana xərcləri 20 %, alınacaq ləvazimatların sayı 30 %, yanacaq və sürtkü xərcləri isə 5 % azaldılıb".
Digər Xəbərlər
18 Yanvar 2026 11:29
Millət vəkili Könül Nurullayeva vətəndaşlarla növbəti görüşünü keçirib - FOTOLAR
17 Yanvar 2026 14:37
Nizami rayonunda hüquqi yardım aksiyası keçirilib - FOTOLAR
17 Yanvar 2026 11:01
“Ermənistan “Tramp yolu”nu reallaşdırmaqla...”
16 Yanvar 2026 17:41
Vilayət Eyvazov belaruslu həmkarı ilə görüşdü - FOTOLAR
16 Yanvar 2026 14:46
"Azərbaycanda siyasi sistem möhkəmlənir" - Komitə sədri
16 Yanvar 2026 11:45
“Bu Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinə dəstək verən İran rejiminə...”
16 Yanvar 2026 10:37
“ABŞ-nin Türkiyədəki ən böyük hərbi bazası bu şəhərlərdə yerləşir”
15 Yanvar 2026 18:22


Bakı -°C

