Heyvan dişləməsində ən təhlükəli nahiyələr açıqlandı - Xəbərdarlıq
Heyvan dişləmələri zamanı bədənin bəzi nahiyələri digərlərinə nisbətən daha yüksək risk daşıyır.
Adalet.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Aytəkin Qurbanova deyib.
O bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının təsnifatına əsasən, dişləmə nahiyələri təhlükəli və təhlükəsiz lokalizasiyalara bölünür.
"Təhlükəli nahiyələrə baş, boyun, bədənin yuxarı hissəsi və yuxarı ətraflar daxildir. Aşağı ətraflar və bədənin aşağı hissəsi isə nisbətən təhlükəsiz hesab olunur", - deyə o bildirib.
Mütəxəssis əlavə edib ki, uşaqlarda isə zədənin bədənin hansı hissəsində yerləşməsindən asılı olmayaraq, bütün dişləmələr yüksək riskli hesab edilir. Bunun səbəbi quduzluq virusunun mərkəzi sinir sistemini zədələməsi və uşaqlarda bu sistemə məsafənin daha yaxın olmasıdır.
Digər Xəbərlər
14 Avqust 2026 17:42
Demensiyasız həyat üçün bunu edin
13 Avqust 2026 16:09
Azərbaycanda 9 nəfərdə "qarayara" aşkarlandı - BİRGƏ MƏLUMAT
13 Avqust 2026 09:30
Samuxda kütləvi zəhərlənmə
10 Avqust 2026 11:17
Bakıda daha bir kosmetoloji mərkəz lisenziyasız fəaliyyət göstərirmiş
10 Avqust 2026 09:13
Bu 3 faktor demensiyanı 13 il gecikdirir
09 Avqust 2026 00:51
Dünyada 2,2 milyard insanın görmə problemi var
08 Avqust 2026 15:58
Bu içkilər gələcəkdə yüksək təzyiqə səbəb ola bilər
07 Avqust 2026 09:31


Bakı -°C

