Hicran Hüseynova: Məktəblərdə belə halların baş verməsi hər birimiz düşündürməlidir
“Artıq müvafiq qurumlar lazımı araşdırmaları aparıblar, bununla bağlı ictimaiyyətə açıqlama veriblər.”
Bu sözləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova məktəbdə sinif yoldaşını döyən şagirdlə bağlı danışarkən deyib.
Komitə sədri qeyd edib ki, uşaqların hüquqları bütün hallarda istər məişətdə, istərsə də müxtəlif sosial mühitlərdə müdafiə olunmalıdır: “Əfsuslar olsun ki, uşaqların zorakılığa (bullinqə) məruz qalma hallarına rast gəlinir. Lakin belə hallarda həm valideynlər, həm məktəblər, həm də elə uşaqların özləri məsuliyyət daşıyırlar. Ona görə də, problemə kompleks yanaşma olmalıdır. Uşaqların yaxşı təhsillə, yanaşı asudə vaxtlarının səmərəli keçirməsinə ehtiyac vardır. Valideynlər övladlarına həssas olmalıdırlar, onlarda sevgi, mərhəmət hissini aşılamalıdırlar, məktəb isə bunu daha da inkişaf etdirməlidir. Həmin uşaqlar sinif otağında tək deyillər, lakin digər şagirdlər bu hadisəyə biganə yanaşırlar, heç bir müdaxilə etmirlər. Yəni laqeydlik haradan başlanır? Keçid yaş dövrünü yaşayan bu uşaqlar fizioloji və psixoloji dəyişikliklər yaşayırlar. Müəllimlər, xüsusi ilə də sinif rəhbərləri, məktəb psixoloqları onlarla iş aparmalı, vaxtaşırı söhbət etməlidirlər. Valideynlər də uşaqlarına vaxt ayırmalı, onlara düzgün tərbiyə verməlidir.”
Digər Xəbərlər
13 Mart 2026 09:25
Onlar direktor müavini təyin edildilər
12 Mart 2026 14:49
Magistratura imtahanının nəticəsi açıqlandı
12 Mart 2026 10:29
Buraxılış imtahanında 62 mindən çox şagird iştirak edəcək
11 Mart 2026 12:12
Riyaziyyat fənnindən sualllar çətin olub...
11 Mart 2026 11:53
Dövlət qulluqçusu olmaq istəyən 1600-dən çox namizəd imtahan verəcək
10 Mart 2026 20:22
Nazir işğaldan azad olunmuş ərazilərdə çalışan müəllimlərlə görüşüb - FOTOLAR
10 Mart 2026 15:42
Elm və təhsil naziri Xankəndi və Xocalıda təhsil müəssisələrində olub - FOTOLAR
10 Mart 2026 14:06


Bakı -°C

