Hidayət Elvüsalın yarımçıq qalan arzusu - VİDEO
Təəssüf ki, doğulduğu Kəlbəcərə yenidən ayaq basmaq qismət olmadı
Azərbaycanın qəzet jurnalistikasının necə deyərlər, sonuncu veteranlarından idi Hidayət Elvüsal. Yaradıcılığının ilk illərində bir çox media orqanlarında çalışan H.Eıvüsal 1990-c ilin 20 yanvar hadisəsinin dünyaya çatdırılmasında əsas fiqurlardan birinə çevrilmişdi. Nəzərə alsaq ki, həmin vaxtlarda informasiya blokadasında idik, deməli, hadisənin olduğu kimi çatdırılması qəhrəmanlıq tələb edirdi.
Hidayət Elvüsal həqiqətlərin dünyaya çatdırılması ilə həm də dünya ictimaiyyətini 90-cı illərin proseslərindən xəbərdar edə bilmişdi. Bu idi yazı adamının cəsarəti. Bu idi yaradacılığın pik nöqtəsi.
Hidayət Elvüsalın çalışdığı və həmin dövrdə geniş auditoriaysı olan "Səhər" qəzetinin populyarlaşmasında bir tərəfdən dəqiq və dolğun informasiyalar yer alırdısa, digər səbəb isə “belə belə işlər” rubrikası idi. Heç şübhəsiz ki adıçəkilən rubrikanın müəllifinin Hidayət Elvüsal olması oxucu üçün onun fərqli istedadlarını da üzə çıxartmışdı.
Bugünümüzün reallığında ənənəviliyini itirən felyetonlarla o yenidən minlərlə oxucunun qəlbinə yol tapa bilmişdi. Hadisələri xalqa elə xalqın dilində çatdırırdı. Pafosdan uzaq, bəzəksiz.... elə olduğu kimi.
Diqqətli oxucu da Hidayət Elvüsalın qələmindən çıxan felyetonları, məqalələri hər zaman qiymətləndirməyi bacardı. Ömrünün 75-ci ilində işıqlı dünyaya əlvida dedi. Həm də qəzet erasının növbəti yaradıcı işığı söndü. Dostları isə onu bu cür xatırlayır
Təəssüf ki, yaradıcılıq vaxta zamana sığmır. 1949-cu ilin iyulunda Kəlbəcərdə dünyaya göz açan Hidayət Elvüsal Bakıda gözlərini əbədi yumdu. Canına hopan amansız xəstəlik onun Kəlbəcərə ayaq basmaq arzularını da özü ilə apardı. Həm də əbədiyyən. Ruhun şad olsun, ustad!
Digər Xəbərlər
04 Aprel 2026 15:05
Aqil Abbasın "Rəmiş"i, yaxud ruhun sınağı - Elnarə AKİMOVA yazır
03 Aprel 2026 16:55
Deyirlər ki, kitab oxuyan yoxdur...
03 Aprel 2026 12:42
Üç aprel, üç “yaxşı ki...” - Pərvanə Bayramqızı yazır
02 Aprel 2026 12:13
Vaqif Bəhmənli: APRELİN 1-i
02 Aprel 2026 11:30
İkinin arasında qalan Biri qorumalısan! - Rza Rzayev yazır
02 Aprel 2026 10:23
AQİL ABBASIN RƏMİŞİ və RƏMİŞİN AQİL ABBASI - RASİM MÜZƏFFƏRLİ yazır
01 Aprel 2026 17:47
İstanbulda Əhməd bəy Ağaoğluna həsr olunan kitabın təqdimatı keçirilib
01 Aprel 2026 15:24


Bakı -°C

