22 Aprel 2025 10:13
166
İDMAN

Hidayət Heydərov millinin heyətindən çıxarıldı - Avropa çempionatına getməyəcək

Avropa çempionatında çıxış edəcək cüdo üzrə Azərbaycan millisinin heyətində dəyişiklik olub.

Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasından bildirilib.

Qeyd olunub ki, olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov xəstələndiyi üçün həkimlərin qərarı ilə heyətdən çıxarılıb.

Onu yarışda Rəşid Məmmədəliyev (73 kq) əvəzləyəcək.