26 Iyul 2018 14:32
36231
MARAQLI

Hind filminin Xanı...

Bu film siyahımızda sizinlə həmbir-birindən maraqlı roları ilə, həm də filmlərdə verdiyi mesajlarlaizləyiciləri özünə heyran qoyan Aamir Khan’nın ən çox sevilən 10 filminipaylaşırıq. Tam adı Mohammed Aamir Hussain Khan olan, Aamir Khanmüvəffəqiyyətli kariyerası boyunca, Hind kino tarixinin ən təsir edici vəməşhur aktyoru olmuşdur.



1. P.K.


PK nı canlandıran Aamir Khan heç kimin soruşmadığı,soruşmağı ağlına belə gətirmədiyi sualların cavabını axtarır. Bu suallar məsum,uşaqca suallar kimi görünsə də cavabını tapmaq çox çətin və maraqlıdır.P.K.’nın məsum həyatını görən insanlar öz sıravi həyatlarını sorğulamağabaşlayırlar. P.K.’nın yeni sadiq dostları olur. Qırılmış qəlblərə məlhəm olur,hirsli insanları sakitləşdirməyə çalışır. Peekay’ın uşaqca marağı bir çox insanüçün mənəvi bir səfərə çevrilir. Filmlərin qarmaqarışıq fəlsəfələrin iddialı vəunikal tərəflərini orijinal bir şəkildə ifadə edir. Bunlardan əlavə sadə,əyləncə dolu, gerçək bir sevgi nağılı da burada yaşanır. Aamir Khan’ın başrolunu canlandırdığı PK filmi 2014 cü ilin ən bəyənilən Hind filmi olmuşdur.İzləmənizi tövsiyyə edirik.


2. 3 İdiots


Hindistanın ən əhəmiyyətli və çətin mühəndislikfakültəsində oxuyan Rancho Chhanched, Farhan Qureshi və Raju Rastogiuniversitetin yataqxanasında eyni otaqda qalan tələbələrdir. Raju, bu fakultəniailəsini kasıblıqdan xilas etmək üçün seçmişken, Farhan ailəsinin məcburiyyətiilə fakultəyə yazdırılmıştır. Rancho isə sadəcə maşınları sevir və bu səbəbləmühəndis olmağı seçmişdir. Rancho, məktəbə gəlişinin ilk günündən etibarənəzbərçi təhsil sistemini və tətbiqləri tənqid etməyə başlarkən, üçlü iləprofessor Viru arasında ciddi bir ziddiyyət meydana gələcəkdir.


3. Ghajini


Tibb tələbəsi Sunita, marağından dolayı SanjaySinghania ilə maraqlanmağa başlayır. Qısa müddətli yaddaş problemləri yaşayanSanjay ilə dost olan gənc qız, onun xaricdən tamamilə xeyirxah biri olaraqgörülən Ghajini Dharmatma’yı öldürmə planı qurduğunu öyrənir. Araşdırmasınıdərinləşdirən Sunita, Sanjay tərəfindən yazılan qeydləri bir araya gətirir.Görünüşə görə Sanjay, bir zamanlar varlı biri ikən, hər şeydən uzaqlaşmış yadbirinə çevrilmişdir. Keçmişdə yaşananları xatırlamaq üçün bədəninə döymə edən,qeydlər edən və fotoşəkil çəkən Sanjay, Ghajini və adamlarına qarşı böyükmübarizə aparacaqdır.


4. Taare Zameen Par


Ailəsi və müəllimləri tərəfindən tənbəl vəxəyalpərəst olduğu səbəbiylə davamlı olaraq tənqid olunan Ishaan’ın həyatı birrəsm müəlliminin sayəsində tamamilə dəyişəcəkdir. O zamana qədər fərqinəvarılmayan bir cövhər, Ram Shankar adlı müəllimin səyləriylə gün üzünə çıxacaqvə bu hər kəsi xoşbəxt edəcəkdir. Xüsusilə müəllimlərin və müəllimnamizədlərinin izləməli olduğu Hindistan istehsalı bu filmi altyazılı olaraqsizlərlə bölüşürük.


5. Rang De Basanti


İdealist İngilis tədqiqatçısı Sue, Hindistanasənədli film çəkmək üçün yola çıxır. Burada Hind mədəniyyətini, İngilis əsarətialtında Hindistanlıların necə yaşadığını müşahidə edən Sue, film çəkilişi üçünDelhi Universitetindən bir neçə tələbə tapır. 5 il əvvəl universitetdən məzunolan ancaq hələ də universitet ətrafında dolanan DJ, Sue’nin sənədli filmi üçünkönüllü olarkən, DJ’nin köməyiylə qrupa, Karan, orta sinifdən bir müsəlmanoğlan Aslam və qız düşkünü Sukh qatılacaqdır. Siyasətin dünyanı daha gözəl biryer halına gətirəcəyinə inanan Laxman Pandey’in də qrupa qatılmasıyla Sue üçünsənədli çəkilişi hazırlıqları tamamlanmışdır.


6. Fanaa


Kəşmirli gözəl ancaq kor bir qız olan Zoon,bir gün tur rəhbərliyi edən Rehan (Aamir Khan) adlı gənclə tanış olur. Zoon,dünyanın gözəlliklərini görmək istəyən biriyken, Rehan onları tanıdan kifayətqədər görmüş biridir. İkili böyük bir eşqə qapıldığı zaman Zooni’nin yaxınlarıonu xəbərdar edir. Bu xəbərdarlıqlara qulaq asmayan gənc qız, Rehan iləbirlikdə həyatı və eşqi kəşf edir, ancaq gənc adam böyük bir sirri ondangizlədir.


7. Dhoom 3


Atası, Chicago bankına ödəyə bilmədiyi borclarısəbəbiylə intihar edən Sahir Khan, bacarıqlı bir sirk sahibidir. Atasınınintiqamını almaq istəyən Sahir, banka bir neçə dəfə soyğun təşkil edəcək, bankrəhbərləri isə onu dayandırmaq üçün Hindistandan Jai Dixit və Ali Akbar’ıgətirəcəkdir.


8. Lagaan: Once Upon a Time in India


Tarixi bir filmolan Lagaan, Hindistan həyatından bəhs edir. Hindistan vətəndaşları, İngilismüstəmləkəçiliyinin altında əzilərkən, Jack Russell tərəfindən vergi haqlarıiki qat artılacaqdır. Kəndlilər bu vergini ödəyə bilmir və yaraşıqlı bir gəncolan Bhuvan’ın liderliyində bəzi etirazlar duyulmağa başlanır. Bhuvan, məşhurİngilis oyunu kriket üzrə İngilislərə meydan oxuyur. Vergi qərarını kriketoyunu ilə geri çəkdirmək istəyən Bhuvan’ın mübarizəsi zamanla bütün Hindistanüçün simvol halını alır. Bəs Bhuvan, İngilisləri məğlub edə biləcəkmi?


9. Talaash: TheAnswer Lies Within


Surjan müvəffəqiyyətli polis müfettişidir.Oğlu Karen’i bir qəza nəticəsində itirir və həyat yoldaşı Roshini bu vəziyyətiqəbul edə bilmədiyi üçün evlilikləri sarsılır.Arman Kapoor isə bir Bollywoodulduzudur və şübhəli bir yol qəzası səbəbiylə ölür. Bu işi araşdırmaq üçünSurjan istintaqa başlayır. Simran sayəsində isə çox gerçək ortaya çıxacaqdır.Bu gerçəklər bəzilərinə böyük bir əzab, bəzilərinə isə dinclik verəcəkdir.


10. Andaz Apna Apna


Orta sinif təbəqəyə mənsub olan Amar və Prem,iki xəyalpərəst rəqibdir. Tək məqsədləri daha sürətli və asan yoldan zənginolmaq olan bu iki gənc, zəngin bir adamın qızı ilə evlənərək varlanmağınplanını qurmaqdadırlar. Multi milyoner Ram Gopal Bajaj’ın qızı Raveena Bajaj’ınHindistana gəlişiylə bu iki gənc üçün bir fürsət yaranır. Bir-birləri ilə sıxbir rəqabətə girən iki gənc (Aamir və Salman Khan) qızı əldə etmək üçünçalışarkən, qız bir nəfər tərəfindən qaçırılacaq, iki gənc isə onu xilas etməküçün güclərini birləşdirəcəkdir.