Hindistan yenə erməniəri silahlandırır: 84 ədəd ATAGS 155mm/52 çaplı artilleriya qurğusu
Ermənistan Silahlı Qüvvələri Hindistan tərəfindən tədarük edilən altı ədəd ATAGS 155mm/52 çaplı artilleriya qurğusunun sınaqlarını başa çatdırıb.
Adalet.az xəbər verir ki, bu barədə Hindistan Müdafiə Araşdırmaları Qanadının (IDRW - “İndian Defense Research Ving”) ixtisaslaşmış saytı məlumat yayıb .
IDRW mənbələrinin məlumatına görə, artilleriya sistemi ölkənin müxtəlif məntəqələrində keçirilən bütün əməliyyat sınaqlarından keçib. Qeyd olunur ki, altı ədəd ATAGS 155 mm/52 artilleriya sisteminin partiyası erməni tərəfinin müraciəti əsasında erməni dilində proqramlaşdırılıb.
“Bundan başqa, artilleriya qurğularının Ermənistan silahlı qüvvələrinin xüsusi tələblərinə uyğunlaşdırılması məqsədilə bir sıra digər dəyişikliklər də edilib.
Artilleriya sistemləri ilkin olaraq Hindistanda sınaqdan keçirilsə də, uzun müddət Ermənistanda sınaqdan keçirilməyib”, - deyə IDRW əlavə edir.
IDRW mənbələrinin məlumatına görə, bu sınaqların uğurla başa çatması Ermənistana Hindistanın Kalyani Groups istehsalçısından daha 84 ədəd ATAGS artilleriya qurğusu almaq prosesinə başlamağa imkan verib.
“ATAGS artilleriya sistemlərinin alınması Ermənistan Ordusunun imkanlarını əhəmiyyətli dərəcədə artıracaq və onun artilleriyasının atəş gücünün çox ehtiyac duyulan artırılmasını təmin edəcək. Bu müasir silahlar ölkənin sərhədlərinin qorunmasında və milli təhlükəsizliyinin təmin edilməsində dəyərli olacaq”, - deyə IDRW mənbəsi bildirib.
Qeyd edək ki, İyun ayından Ermənistan “Pralay” raketlərinin tədarükü ilə bağlı Hindistana müraciət etmişdi. Hindistan Ermənistanın “Pralay”ın tədarükü ilə bağlı tələbini qəbul etsə də, saziş hələ bağlanmayıb. “Pralay” kvazi ballistik, qatı yanacaqla işləyən “yer-yer” raketdir. 500 km mənzilə sahibdir.
Əntiqə Rəşid
Digər Xəbərlər
28 Aprel 2026 20:00
Leyla Əliyeva Qəbələdən ailəsi ilə fotosunu paylaşdı
28 Aprel 2026 19:35
Bu avtomobillər İçərişəhərə buraxılmayacaq
28 Aprel 2026 18:14
Dövlət Gömrük Komitəsinin səlahiyyətləri genişləndirilir
28 Aprel 2026 18:06
Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcək
28 Aprel 2026 17:56
Bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətində dəyişikliklər olacaq
28 Aprel 2026 17:51
Fərdi məlumatların qorunması haqqında yeni qanun
28 Aprel 2026 17:43
Kamran Əliyev Mərakeşdə səfərdədir - FOTO
28 Aprel 2026 17:40


Bakı -°C

