07 May 2025 09:30
184
DÜNYA

Hindistanın hücumu nəticəsində ölənlərin sayı açıqlandı

Pakistanın Milli Təhlükəsizlik Komitəsi ölkədəki son vəziyyətlə bağlı brifinq keçirib.

Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, Hindistanın hava hücumları nəticəsində Pakistan ərazisində 26 mülki şəxs həlak olub, 47 nəfər yaralanıb.  

Qeyd edək ki, bundan əvvəl Pakistan Müdafiə Nazirliyi 8 nəfərin öldüyünü, 35 nəfərin isə yaralandığını açıqlamışdı.