Hörmüz boğazının statusu aktuallaşıb - Hakan Fidan
Türkiyə müvafiq təşəbbüs göstəriləcəyi təqdirdə Hörmüz boğazının minalardan təmizlənməsinə kömək etməyə hazırdır.
Adalet.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan bunu Koreya Respublikasının "JTBC" televiziya kanalına verdiyi müsahibədə bildirib.
"Biz həll yolu axtarışının bir hissəsi olmağa və xahiş olunarsa, qarşı tərəflər arasında davam edən bu prosesi asanlaşdırmağa hazırıq. Beləliklə, tərəflər arasında razılıq əldə olunarsa və ya bizdən boğazın minalardan təmizlənməsi prosesinə töhfə verməyimiz istənilərsə, bunu məmnuniyyətlə edəcəyik", - deyə o əlavə edib.
Hörmüz boğazının tam açılması perspektivlərindən danışan Fidan xatırladıb ki, əvvəlcə ABŞ və İran arasında danışıqlar nüvə məsələləri ətrafında gedirdi, lakin mövcud vəziyyət nəzərə alınmaqla Hörmüz boğazının statusu daha da aktuallaşıb.
Digər Xəbərlər
07 Iyun 2026 19:34
Onlar səs verməyə, Ermənistan isə hakimiyyəti dəyişməyə gəldiklərini deyir - VİDEO
07 Iyun 2026 18:35
Xamenei cəsarətlidir, ağır yaralanıb, amma... - Tramp
07 Iyun 2026 17:33
İran Hörmüzdən keçən gəmilərdən HAQQ ALMAĞA BAŞLAYIB
07 Iyun 2026 17:28


Bakı -°C

