14 Sentyabr 2023 11:30
557
ƏDƏBİYYAT

İbrahim Yusifoğlunun ŞEİRLƏRİ

BAKI KÜLƏYİ

 

Sanki,bəd qaynana fağır gəlinə,

Hayqırırb səslənir,doymur ürəyi.

Zalımlıq fürsəti düşüb əlinə,

Həm asır, həm kəsir Bakı küləyi,

 

YamancasərtəsirBakıküləyi.

Göyüzübüsbütünbələnibtoza,

Günəşin al rəngi,bülənibboza,

Həyatıdöndəribiçiboşqoza,

 

Həmatır ,həmtuturxəlbir, ələyi.

YamancabərkəsirBakıküləyi.

Dənizçalxalanır,aşırsəddini,

Köklüağaclarınbükürqəddini.

 

Cığaladamkimikeçirhəddini,

Diziüstündədiduzu,çörəyi,

YamancatərsəsirBakıküləyi.

Gəlir…uzaqlardanatlanıbgəlir,

 

Təbiətəzabaqatlanıbgəlir,

Qorxuya ,harayaşadlanıbgəlir.

Yıxıb - dağıtmaqdıistək, diləyi,

YamancapərtəsirBakıküləyi

 

Birsəbəbtapılmırdavalarına ,

Oynadırxəzəlihavalarına,

EdilənhərTanrıdualarına,

Yumşalır,səngiyirçılğınürəyi,

Yavaş-yavaşkəsirBakıküləyi…

 

 

 

NUR SAÇILSIN

Bir azcana üzüm gülcək,

Qismətimə daş atılır.

Zərrə boyda sevincimə,

Kədər, qüssə, qəm qatılır.

 

Bu ömürdən bezikmişəm,

Çox istəyə geçikmişəm,

Əlli ilə ev tikmişəm,

Nəm çəkməkdən ev dağılır.

 

Yetəmmədim söz taxtıma,

Heç düşmədi söz vaxtına,

Közü basdım öz baxtıma,

Söz süzülür, qaş çatılır.

 

Saçım, qışın qırov qarı,

Yeməyimdi yazma darı.

Şəkər, təzyiq düşmür barı,

Yeməyimə həbb qatılır.

 

İçim isti, çölüm buzdu,

Dodaq quru, dil susuzdu,

“Düşmənlərim” şəkər, duzdu,

Yağ da, bal da nəs sayılır.

 

Qızıl ömrüm döndü misə,

Alov söndü, düşdüm hisə,

Fərq olmadı yaxşı, pisə,

Yerə, göyə çən yayılır.

 

Bu halımla gedim hara,

Dərd əlindən gəldim zara.

Ulu Tanrı, et bir çara –

Dan sökülür, nur saçılır.

15.05.2023

 

 

ÖLÜMÜ GÖZLƏYƏN QOCA

 

Gen otaqlar ona dardı,

Çıxıb həyətdə gözləyir.

Deməyə çox sözü vardı,

Yetişən anı izləyir.

Qol da açıb onu quca,

Ölümü gözləyən qoca

 

Nəfəs dərir ağır-ağır,

Üz-gözündən giley yağır.

İstər dindir, istər çağır,

Çətin sözə qulaq asa,

Ölümü gözləyən qoca

 

Saf ömrünə lil qatdılar,

Böhtan, nöqsan, çirk atdılar,

Sındırdılar, alçatdılar

Hər halında oldu uca,

Ölümü gözləyən qoca.

 

Dönüb bir də geri baxmır,

Nə kövrəltmir, nə də yaxmır,

Torlu görür, eynək taxmır

Baxışları dönüb buza,

Ölümü gözləyən qoca

 

Bilə bilmir, bu nə haldı,

Ölüm harda ölüb qaldı.

Yəqin, şeytan tora saldı,

Heç bilmir ki, necə yoza,

Ölümü gözləyən qoca.

 

Dinən çağı dinənmədi,

Gülən vaxtı gülənmədi,

Ölən çağı ölənmədi.

Həyatından bezən qoca

Ölümü gözləyən qoca!

12.09.2022

 

BİR QIZ GÖRDÜM SƏNƏ BƏNZƏR

 

Bir qız gördüm sən yerişdə,

Sən duruşda, sən biçimdə.

Sənə oxşar gülüşündən,

Ovsunlandı söz içimdə

 

Yanağı dağ lalasıydı,

Hürkək ceyran balasıydı,

Pəmbə bulud talasıydı,

Yağasıydı su içimdə.

 

Qaşlarını dartması da,

Gözdə ocaq çatması da,

Saçların yan atması da,

Sən nizamda, sən edimdə

 

Süzgün baxıb boylanmağı,

Nazla gəzib dolanmağı,

Hamını xoş, dost sanmağı,

Sənə bənzər, sən seçimdə.

 

Bir az dəcəl, şıltaq qızdı,

Neçə donmuş qəlblər qızdı,

Baxışları sərhəd çızdı,

Sənə bənzər, sən seçimdə.

 

Bir qız gördüm, sənə bənzər,

Duyğulanıb saldım nəzər,

Bu sən idin, lap təzə-tər,

Çözələndi köz içimdə

25.05.2023

 

 

QƏLBİNDƏN VƏTƏN BOYLANIR

Ömür gün yoldaşı şəhid olmuş mərd qadına

 

Gözlərinin didəsindən,

Kiprik boyu nəm boylanır,

Baxışların piləsindən,

Kədər hoppuş qəm boylanır.

 

Ay şən gülüb,lal ağlayan,

Qara örpək , şal bağlayan,

Acı dərdi, bal saxlayan,

Zilin yenib, dəm boylanır.

 

Sinən dözdü çarpaz dağa,

Şəhid verdin nəm torpağa,

Döndün saralmış yarpağa,

Günəş sönüb çən boylanır.

 

Bir üzü qız, bir gəlin,

Yorulmadı işdə əlin,

Oğlun, qızın, nəvələrin,

Sabahına şən boylanır.

 

Bu gün ana ,həm nənəsən,

Səndən olmaz birdənəsən,

Göylər boyda ümmansan sən,

Qəlbindən Vətən boylanır.

 

 

 

HARAYA QAÇIR BU ADAM

 

Addımları qırıq-qırıq,

Üzü, gözü cırıq-cırıq,

Gödəkçəsi sırıq-sırıq -

Haraya qaçır bu adam?

 

Eli yoxdu, eldən qaça,

Evi yoxdu, evdən qaça,

Yağış yağmır, seldən qaça -

Qəm-kədər saçır bu adam.

 

Göz yaşı gözündə donub,

Saçlarına qırov qonub,

İtə, pişiyə dost olub

Dərdini açır bu adam.

 

Nəyi gəlir qəmdən gəlir,

Görən deyir: “Dəmdən gəlir”,

Qarğa, quzğun həmdəm gəlir -

Onları qucur bu adam.

 

Ömür sürür qurdla, quşla,

Gül qoxlayır belə huşla,

Yola gedir bəd virusla,

İnsandan qaçır bu adam!

 

 

MƏNƏ BİRCƏ GİLƏ GÖZ YAŞI BƏSDİ

 

Göylərin üzünü aldı buludlar,

Qəlbimi ürpədən külək də əsdi.

Mənim səndə xeyli əmanətim var,

Qaytarsan... bir gilə göz yaşı bəsdi.

 

Bitdin bənövşətək yolumun üstə,

Yaydın yaylığını qolumun üstə,

Yığdım dərdlərimi solumun üstə,

Ağrılar çoxaldı səbrimi kəsdi,

 

Mənə bircə gilə göz yaşı bəsdi.

Vətənin obasın, elin sevmişəm,

Günəşin, yağışın, yelin sevmişəm,

Anamın şipşirin dilin sevmişəm,

 

Zirvənin qartalı, sərt qaşı bəsdi

Mənə bircə gilə göz yaşı bəsdi.

Bəxtimə düşənlər Tanrıdan gəlir,

Sevincim, kədərim yarııdan gəlir

 

Bütün istəklərim “barı”dan gəlir,

Həyat nə verdisə bir üzü tərsdi,

Mənə bircə gilə göz yaşı bəsdi.

Bir gün göz yaşıyla yuyulacağam,

 

Üç qarış torpaqda uyuyacağam.

Bir parça sal daşda duyulacağam,

Tanrımın verdiyi öz yaşı bəsdi,

Mənə bircə gilə göz yaşı bəsdi.

 

 

ÇƏTİN OLACAQDI BU PAYIZ SƏNƏ

 

Daha sısqa-sısqa yağışlar yağır,

Yağışa qarışan qarğışlar yağır,

Qarğışa qarğıyan şimşəklər çaxır,

Yolların bürünür dumana, çənə -

Çətin olacaqdı bu payız sənə.

 

Sevdiyin çiçəklər, güllər solacaq,

Pəncərən önündə tüllər solacaq,

Hərsolangününəgözündolacaq,

Saçlarınbələnirqırova, dənə -

Çətinolacaqdıbupayızsənə.

 

Heyinqalmayıbdıçağlamağına,

Ürəkdənhönkürübağlamağına,

Sonuncudüymənibağlamağına,

Taqətinyenibdiyarıya-tənə -

Çətinolacaqdıbupayızsənə.

 

Bu payızgününügörəydingərək,

Sevginəbirqəsirhörəydingərək,

Dizinə-başınadöyəydingərək,

İndi köksötürməkeçib-gedənə -

Çətinolacaqdıbupayızsənə.

 

PayızDədəQorqudlibasıgeyib,

Hərömrünpayını, adınıverib,

Sənəsənəana, nənənədeyib,

Tənhalıqçökübdüsolmuşçöhrənə -

Çətinolacaqdıbupayızsənə.

 

 

GECİKMİŞMİSRALAR

 

Özümü duyandan gizlicə, aşkar,

Ruhumu oxşayan gül axtarırdım.

İlməsi qardan ağ, üstündə cüt nar.

Pəncərə önündə tül axtarırdım.

 

Sənə tuş gəlmədim baharda, yayda,

Çölü, çəmənliyi gəzdi gözlərim.

Bir payız günündə çatdılar dada,

Səndən əllərini üzən gözlərim.

 

Gödüm, o çiçəksən_ gəzdiyim gülsən,

Ruhuma yayılan ətrin bəsimdi.

Nə qədər xöşbəxtəm , nə qədər, bilsən,

Sevincdən ürəyim əsim_əsimdi.

 

Gəlmisən mələyin qanadlarında,

Saçını küləklər darayırdılar.

Alma qızartısı yanaqlarında,

Gözlərin yolumu arayırdılar.

 

Yamanca hürkəkdin, yaman təlaışlı,

Arxanca bir qısqanc göz izləyirdi.

Ancaq xəyalında bir qaraqaşlı,

Səni oxşayırdı , əzizləyirdi.

 

Sənli keçəcəkdi ömrümün ardı,

Qəlbimdən kədəri, qəmi silmişəm,

Nə yaxşı, həyatın paqızı vardı,

Nə yaxşı, mən səni tapa bilmişəm.

 

 

 

ÖZÜMDƏN QORXMURAM,

SƏNDƏN QORXURAM

 

Otları saralmış, gülləri solmuş

Çəmənəm, qırovdan, çəndən qorxuram.

İnadkar gözəltək gözləri dolmuş

Buluddan qorxmuram, səndən qorxuram.

 

Qorxuram, adına söz gələr axı,

Sözlər sinən üstə köz ələr axı.

Közlər ürəyini pöşələr axı –

Qəlbinə çökəcək nəmdən qorxuram.

 

Gözlərin göy kimi durudu, duru,

Yanağın yaş deyil, qurudu, quru,

Üzündə günəşin nurudu, nuru –

Saçına ələnən dəndən qorxuram.

 

Bəd nəzər dikilib boyuna sənin,

Qoymaram, salalar oyuna səni.

Özüm gələcəyəm toyuna sənin –

Yoluma ələnən qəmdən qorxuram.

 

 

BU SƏSƏ DÖZƏ BİLMİRƏM

(Sevimli müğənni Almaxanım Əhmədliyə)

 

Bu səs hardan gəlir belə,

Boylanıb görə bilmirəm,

Sehirləyib məni elə,

Bu səsə dözə bilmirəm.

 

Yerlə göyü qovuşdurub,

Çən-dumanı sovuşdurub,

Ürəkləri yovuşdurub,

Yaş gəlir gözə, bilmirəm.

Bu səsə dözə bilmirəm.

 

Yox bu səsin bənzər, tayı,

Ovsunlayıb Ulduz, Ayı,

Göydən gələn Tanrı payı,

Əl açıb üzə bilmirəm.

Bu səsə dözə bilmirəm.

 

Oxuyanda “Şur” muğamı,

Duyğuların yanır şamı,

Bu səsə üz tutur hamı,

Toxunsam közə, bilmirəm.

Bu səsə dözə bilmirəm.

 

Çox ellərə yayılıbdı,

Quşlar susub, bayılıbdı,

Ən gözəl səs sayılıbdı,

Nə qatır sözə, bilmirəm.

Bu səsə dözə bilmirəm.

 

Damarımda coşur qanım,

Zövq oxşayır dörd bir yanım,

Oxuyanda Almaxanım,

Heyrəti çözə bilmirəm,

Bu səsə dözə bilmirəm.

26.08.2023