adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
27 Avqust 2022 16:03
2580
MÜSAHİBƏ

İDDO mütəxəssisi kimdir?

Bizim gələcəyimiz olan uşaqların inkişafı üçün cəmiyyətdə bir çox istiqamətdə işlər görülür. Belə ki, psixologiya və ya tədris mərkəzləri açılır, uşaqların psixoloji və elmi savadlanmasına xidmət edilir. Mövzu ilə bağlı müsahibimiz Afərim Quliyevadır. Siz cəmiyyətə yeni bir proqram təqdim edirsiniz. Bir çox kurslarla sizin tədrisi müqayisə etdikdə maraqlı faktlar üzə çıxır. Mən istəyirəmki, siz özünüz bu haqda bizi məlumatlandırasız. Yəni, İPA Akademiyanın tədris planı haqqında bizə məlumat verməyinizi istəyirik.

Sizin digər rəqib olan mərkəzlərdən və ya təhsil ocaqlarından fərqiniz nədədir?

Ümumilikdə götürsək, hal-hazırda İPA Akademiyanın tədris planı və fəaliyyətinə uyğun ölkəmizdə rəqib olan mərkəz və ya təhsil ocağı olmadığını düşünürəm. Çünki, aparılan tədris sistemi və məqsəd sadəcə bir kurs olmağa və ya maddiyyata xidmət etmir. Bizim hədəfimiz İDDO proqramı üzrə mütəxəssis hazırlamaqla yanaşı, tələbələrimizlə birlikdə tədqiqat, laboratoriya işlərinə qədər şaxələnə bilməkdir. Yəni, qeyd etmək istədiyim əsas məqam budur ki, gördüyümüz iş və hədəf sadəcə kurs təşkil etmək və ya digər bir istiqamətli aparılan fəaliyyətdən ibarət deyil. Biz bu peşənin tədrisini tam məsuliyyətli bir şəkildə öhdəmizə götürərək, bu peşəni öyrənmək istəyən hər bir kəsin yanında olmaq istəyirik.

Bu gün bizim tələbələrimizdən təşkil edilmiş iki komanda elmi tədqiqatla məşğuldur. Bizim məqsəd psixologiyanı öyrənmək istəyən fərdi hər tərəfli formalaşdırmaqla yanaşı, eyni zamanda cəmiyyətə də bunu aşılamağa çalışırıq. İPA akademiyanın əsas hədəfi inkişaf yönümlü məqsədlər qoyaraq, bu peşəni cəmiyyətə düzgün aşılamaqdır. Çünki cəmiyyətdə “psixologiya” o qədər ucuzlaşıb ki, özümüzdən xəbərsiz bizi məhv etdiyini anlamırıq.

Bu gün bir çoxları bunun məsuliyyət və ciddiyyətini dərk etməsə də, biz bu yolda əmin addımlar atmağa davam edir və həqiqətən də peşəkar və cəmiyyəti doğru inkişafa aparacaq psixoloqların hazırlanmasında çox ümidliyik. Bu məqsədə çatmaqda bütün İPA Akademiya heyəti olaraq birgə şəkildə çalışırıq. Sevindirici hal ondan ibarətdir ki, bunu dərk edən tələbə heyətinin günü gündən bizim komandaya qoşulması nəticəsində biz hər gün böyüyürük və məqsədə doğru birgə addımlayırıq. Sizin dediyiniz kimi cəmiyyətdə sanki saxta psixologiya şəbəkəsi qurulur. Bu zənciri qırmaq üçün isə biz əlimizdən gələni edəcəyik.

Belə ki, həm respublika daxili elm ocaqları ilə əməkdaşlıq edirik, həm də Almaniya, Fransa, Türkiyə kimi böyük ölkələrin alimləri ilə əməkdaşlıq edir, elmi araşdırmalar aparırıq.

 

Bu gün bir çox yerlər sertifikatlar verir. Sizin verdiyiniz sənədlərin hansı hüquqi üstünlükləri vardır? Bir neçə gün öncə sizin məzun gününüzdə qeyd edildi. Bu haqda da məlumat verməyinizi xahiş edirəm.

Bəli, təəssüf ki, bu gün bir çox kurs və mərkəzlər heç bir hüquqi əsası və rəsmi öhdəliyi olmadan psixologiya elminin mənimsənilməsini ciddiyə alınmayacaq bir müddətdə keçib, daha sonra 1-2 sertifikat verərək, cəmiyyətə “psixoloqlar” yetişdirirlər. Bu isə insanları düzgün olmayan istiqamət axınına doğru aparır. Bu halda da psixologiya elmi ilə maraqlanan və təhsilini almaq istəyən hər bir kəs bu kütlə axının qurbanı olur. Əslində, insanların heç bir günahı yoxdur. Çünki, cəmiyyətə aşıladıqları psixologiya anlayışı budur və beləliklə də onlarda psixologiya elminə qarşı səthi yanaşma formalaşır. Biz İPA Akademiya olaraq formalaşan və kəskin surətdə davam edən bu zənciri qıraraq insanlara bu peşənin məsuliyyətini dərk edərəkdən peşəkarcasına öyrənməsini təmin etməyi bir məqsəd kimi seçdik. Elə buna görə də aparılan tədrisə uyğun şəkildə onları dəyərləndirmə edirik. Belə ki, biz müəyyən proqramların tədrisini təmin edib, eyni zamanda elmi tədqiqatını təşkil etməyə çalışırıq. Bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyasına rəsmi müraciət etdik. Təəssüflər olsun ki, ordan müsbət cavab almadıq. Aldığımız cavabda bildirdilər ki, bizim elə bir laboratoriyamız yoxdur. Azərbaycan Dövlət Pedaqoji Universitetinə  rəsmi müraciət etsək də ordanda müsbət cavab ala bilmədik. Onlar bildirdi ki, biz yalnız pedoqoji psixoloq yetişdiririk və araşdırmalarımız bu yöndədir. Amma bu gün mərkəzlərdə psixoloqluq edənlər kimlərdir, bunlara kim nəzarət edir? Hansı universitetin diplomu ilə fəaliyyət göstərirlər? Bir məqamı unutmamalıyıq ki, psixoloq tədqiqat aparmalı və dərin elmə malik olduqdan sonra terapiya apara bilər. Təəssüf hissi ilə qeyd etməliyəm ki, cəmiyyətdə ciddi boşluq var.

Sağlam və peşəkar psixoloq yetişdirmək üçün əlimizdən gələni edirik. Psixologiyanı dərindən öyrənmək istəyən hər bir kəs İPA Akademiyaya qoşula bilər. Qəbul sərbəst formadadır və heç bir məhdudiyyət yoxdur. İşin əsas hissəsi tədris prosesində aparılan fəaliyyət sahələrində (elmi məqalələrin yazılması, laboratoriyada tədqiqatın aparılması, fəal praktika yönümlü inkişaf və s.) özünü doğruldur. Daim inkişaf edərək sağlam psixikanı cəmiyyətə aşılamaq və bu peşəni layiqincə yerinə yetirə bilən tələbələrimiz kursu uğurla başa vurur.

Kursu bitirən tələbələr fəaliyyətləri və əldə etdikləri biliklərin əminliyini yoxlamaq məqsədi ilə imtahan verir və yalnız uğurlu nəticə əldə edə bilən şəxslər diplom almağa namizəd olur. Bizdən alınan diplomun hüquqi öhdəliyi bunlardan ibarətdir:

  • Müəlliflik hüququ və tədrisi dövlət tərəfindən tam rəsmi formada öhdəliyi bizə məxsus olan İDDO proqramı əsasında keçirilən tədrisə uyğun diplomun verilməsi.
  • Praktika keçməsi ilə bağlı diplomda qeyd olunan xüsusi QR kod
  • Peşəkar mütəxəssisdən alınan superviziya
  • Nəzəri və praktik olaraq tədris prosesini tam başa vurması
  • Diplom işinin yazılması və psixoloqların buna tam adekvat rəyi
  • Laboratoriyada aparılan tədqiqat işinin nəticəsi
  • Elmi məqalə və araşdırmaların diplomda yer alması

Yuxarıda qeyd olunan bu prosesləri layiqincə yerinə yetirən tələbələrimiz 100 faizli şəkildə diplomu əldə edir. Buna əsasəndə hər zaman vurğuladığımız bir məqam var ki, əgər bir şəxs ki, İPA Akademiyanın diplomunu əldə edibsə demək ki, o həqiqətən də savadlı və inkişaf yönümlü olub, bizim cəmiyyətimizə yaxşı yöndə təsir edə biləcək kadrdır. Biz bunu tam rəsmi formada icra edir və təminatını veririk.

Bəli, bizim məzun günümüz qeyd edildi. Əsas onu vurğulamaq istəyirəm ki, Akademiyaya daxil olmaq asandır, amma oranı bitirmək çox çətindir. Çünki, Akademiyanın öz prinsipləri var. Məqsəd isə yalnız peşəkar psixoloqların formalaşmasıdır. Bu əsas məqamı da qeyd edim ki, Akademiya İDDO proqramı üzrə mütəxəssis yetişdirir. Bu proqramın tədris planı isə məhz İDDO proqramına məxsusdur. Ona görə də diplomun olub- olmaması tələbələrin Akademiyaya daxil olmalarına maneə deyildir. Akademiyada tədris İDDO proqramına aid 4 cildli tədris kitabı üzərindən aparılır. Eyni zamanda biz tələbələrimizin respublika daxili universitetlərdə ikinci təhsil almalarına, xarici ölkərlərdə bakalavr, magistr və digər pillələrdə təhsil almarına da dəstək veririk. Belə ki, İPA Akademiyanın bir çox universitetlərlə əlaqələri qurulmaqdadır.

Siz hər zaman vurğulayırsınız ki, bizi bitirən tələbələr işlə təmin edilir. Bu nə dərəcədə realdır?

Əgər qeyd etdiyiniz kimi, bizim kursu bitiribsə, bəli, bu hal realdır. Çünki, yuxarıda  qeyd etdiyim kimi həmin mütəxəssis kursu bitirənə qədər alacağı diplomun reallığını doğrultmaq məqsədi ilə bir çox mərhələlərdən keçir. Biz yalnız bu mərhələləri keçən tələbələri işlə təmin edirik ki, onlar artıq sərbəst şəkildə öz fəaliyyətlərini doğrulda biləcək. Bunu da nəzərə alaq ki, bu gün cəmiyyətimizdə əsl mütəxəssislərə həqiqətən də çox ehtiyac var. Bu ehtiyacın qarşılanması səbəbindən bitirən hər bir tələbəni bir başa  iş prosesinə yönəldirik.

İDDO proqramına əsasən mütəxəssis hazırlığı gördüyümüz üçün həmin mütəxəssislərin savad və fəaliyyətlərindən bir başa biz İPA Akademiya olaraq məsuliyyət daşıyırıq. Eyni zamanda nəzərə almalıyıq ki, bu gün İDDO proqramı yalnız bir deyil, bir neçə mərkəz, bağça və digər müəssisələrdə fəaliyyət göstərir. Bu hal bizim iş prosesini daha da gücləndirməyə və daha çox kadr hazırlığına vadar edir. Elə buna görə də bitirən tələbələrin işlə təmin olunmasına bir başa cavabdehlik daşıyırıq. Daha da sadə dildə demək lazımdırsa, biz işlə təmin etməkdə problem yaşamırıq, biz bugünki gündə daha çox kadr hazırlığına ehtiyac duyuruq ki, onu işlə təmin edə bilək. Onuda qeyd edim ki, bizimlə işləmək o qədərdə asan deyil. Çünki işlədiyi zaman çərçivəsində elmi araşdırmalarını aparmalı və bununla bağlı rəhbərliyi məlumatlandırmalıdır. Bu hal İDDO proqramının əsas tələbidir.

 

Psixologiyada oxumayan və ya ali savadı olmayan birinin sizin Akademiyanı oxuyub, sonra işləməsi mümkündürmü?

Ümumiyyətlə, biz yalnız hazır şəkildə psixologiya tələbəsini kadr kimi formalaşdırmırıq. Əlbəttə ki, bu gün bizə müraciət edən kütlə daha çox sonradan psixologiya sahəsinə gəlmək istəyən və ya ali təhsili olmayan şəxslərdir. Ancaq biz heç zaman bunu əsas tutmadıq. Biz hər bir halda ona yüksək səviyyədə bu tədrisi təşkil edirik. Bizim üçün ən önəmli olan məqam həmin şəxsin inkişafa meyilli olub, həqiqətən də psixoloq olmaq istəyib və bunun üçün qərar verməsi yetərlidir. Əgər bir şəxs bunu istəyirsə, biz həmin tələbənin inkişafı üçün bütün qapıları açırıq. Belə ki, Akademiyada ikinci təhsil üzrə şöbəmiz fəaliyyət göstərir ki, psixologiyanı rəsmi formada öyrənmək və tətbiq etmək istəyən tələbələr müraciət edir. Bu zaman onlar həm universitet təhsillərini alır, eyni zamanda psixologiyanın dərinliklərini Akademiyamızda öyrənərək peşəkar kadr kimi formalaşırlar. Önəmli olan formal olaraq o diplomun alınması deyil. Çünki, bu gün cəmiyyətimizdə sadəcə aldıqları o formal diploma sığınan insanlar çoxdur. Biz kəskin şəkildə bunun əleyhinəyik.

Psixoloq olmaq sadəcə bir diplomu olmaqdan ibarət olmamalıdır. Psixoloq olmaq hər tərəfli inkişaf yolunda olmalı, duyumu olmalı, bu peşəni dərk etməli və düzgün tətbiqi anlamalı, bundan sonra vəzifəsini yerinə yetirilməsini üzərində götürməkdir. Buna dayanaraq, qoşulan bütün tələbələrimizi heç zaman bir istiqamət üzərində saxlamırıq. Onun hər tərəfli və layiqli psixoloq olması üçün hər bir fəaliyyət sahəsinə yönəldirik. Ona görə də bizə müraciət edənlərin diplomunu deyil, onların bu elmi sözün əsl mənasında mənimsəməsini və məsuliyyətini dərk edərək bu yola çıxmasını əsas götürmüşük. Bizə önəmli olan əsas məqam budur. Bunları anlaya biləcək tələbələrimizin inkişafına İPA Akademiya olaraq dəstək oluruq və daim olacağıq. Yetər ki, onlar bu peşəni anlayaraq fəaliyyət göstərsinlər.

Psixologiya ilə maraqlanan insanlara nə tövsiyə edirsiniz?

Hal-hazırkı dövrümüzdə psixologiya çox aktual və diqqət çəkən elm sahəsinə çevrilmişdir. Buna görə də bu peşə ilə maraqlanan kifayət qədər insan var.

Psixologiyanın sıradan deyil də, məsuliyyət, diqqət, inkişaf tələb edən bir elm sahəsi olduğunu göz ardı etməməliyik. Bu sahəni öyrənmək istəyən hər bir kəs bunun ciddiyyətini və zəhmət tələb etdiyini anlamalı və buna əsasən qərar verməlidir. Çünki, onlar bir insanın, ailənin ümumilikdə bir cəmiyyətin və dünyanın inkişafına təsir edir. Bunun məsuliyyətini anlayıb, dərk etmək çox vacibdir. Hər bir şeydən öncə buna hazırlıqlı olmaq önəmlidir. Öncəliklə, bunu gözə alaraqdan bu yola çıxmaq istəyən hər bir kəsə, psixologiyanı düzgün şəkildə sizə çatdıran, psixologiyanı sözün əsl mənasında sizə aşılayan peşəkardan öyrənmənizi  tövsiyə edərdim. İPA Akademiyanın məqsədi də elə budur. Cəmiyyətimizə düzgün və peşəkar psixoloqlar yetişdirməkdir. Bizim Akademiyanı bitirən tələblər bunun bariz nümunəsidir. Psixologiyanı doğru şəkildə öyrənmək istəyən hər bir kəsi İPA Akademiyanın məhz bunun üçün təşkil olunan sınaq dərslərinə dəvət edirəm ki, bu zaman onlar bunu real olaraq görəcəklər. Sınaq dərslərimiz tədris sistemimizi sizə tanıtmaq və fəaliyyətimizlə daha yaxından tanış  olmağınız üçün nəzərdə tutulub.

 

 

Söhbətləşdi: Bünyamin Bünyadzadə