İFORMATİKA BİABIRÇILIĞI - Etibar Əliyev yazır
İndoneziyada keçirilən 34–cü Beynəlxalq İnformatika Olimpiadasında şagirdlərimizin nəticələri qənatbəxş olmayıb. Ən yüksək nəticə göstərən şagirdimiz Müasir Lisey Təhsil Kompleksinin şagirdi Səid Nəsibov 163 balla bürünc medal qazanıb. Bu dəyərli şagirdimiz etiraf edir ki, özü sərbəst hazırlaşıb. Digər şagirdlərimiz 600 baldan 92, 56, 22 bal toplayıblar.
Keçən ilin nəticələri: Əziz Hüseynov 213, Səid Nəsibov 195 balla bürünc medal qazanıblar. Digər 2 şagirdimiz 195, 174 bal toplayıblar.
2020-ci ildə bürünc medalçılarımız 303, 272 və 239 bal toplayıblar.
Qaydalar həm də sadədir. Medallar Ümumi iştirakçıların 50 faizinə verilir.
Bu il keçirilən Olimpiadaya yeni qoşulan ölkələr olduğundan bir bürünc medal qazana bilmişik.
Olimpiada Mərkəzinin yaradıldığı Riyaziyyat- İnformatika liseyinin şagirdlərinin nəticələri acınacaqlıdır. Bu layihəni də puç elədilər. fuadqarayev və muxtarməmmədov mifi karton evcik kimi dağıldı. Milyonlar hara xərclənib?Digər bir neçə ölkənin nəticələri məni xeyli düşündürdü.
Ukrayna şagirdlər 2 qızıl, 1 gümüş, 1 bürünc medal qazanmaqla 8- ci yeri tutublar.
Gürcüstan 1 gümüş, 2 bürünc.
Qırğızıstan 3 bürünc, 1 həvəsləndirici.
Beləliklə, Azərbaycan 88 ölkə arasında 69- cu yerdə;
İran 9-cu yerdə;
Türkiyə 18 -ci yerdə;
Qazaxstan 23 - cü yerdə;
Gürcüstan 33- cü yerdə
Qırğızıstan 37- ci yerdə.Bədnam qonşularımızın bizdən kəskin şəkildə öndə olması isə yalnız əsəb yaradır.
Bu gedişlə İnformasiya Texnologiyları sahəsində mütəxəssis hazırlamqda bədgüman olaraq qalacağıq.
P.S. Bu sahəyə cavabdeh adamlar təcili kənarlaşdırılmalıdırlar. Qalib ölkənin imicinə zərbə vurmayın. İstedadlı uşaqların potensialını artırmağı bacarmırsınızsa, çəkilin bu yoldan!
Digər Xəbərlər
19 Iyun 2026 17:56
Qəbul və buraxılış imtahanlarında aşkarlanan qayda pozuntuları açıqlanıb
19 Iyun 2026 17:28
513 əlaçı 0-200 bal toplayıb
19 Iyun 2026 16:44
Ankarada Azərbaycan dili kurslarında şifahi və yazılı sınaqlar başa çatıb
19 Iyun 2026 15:49
Hamı müəllimə borcludur...
19 Iyun 2026 13:34
Məktəbli formasına dair vahid yanaşma təmin ediləcək
19 Iyun 2026 09:44
Azərbaycan Universiteti İtaliyada keçirilən “International Staff Week” tədbirində təmsil olunub
18 Iyun 2026 12:34
Təcrübə-Sənaye Zavodu Yerli Şirkətlərin Tanıtım Sərgisində təmsil olunur
17 Iyun 2026 14:36


Bakı -°C

