adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
07 Dekabr 2015 14:40
196860
MODA

İki min avroya nimdaş adyal?

Lazımsız,hətta atılmalı olan köhnə-külədən yeni və bahalı geyim hazırlamaq mümkündürmü?Bacarıqlı əllər üçün bəli. Məsələn, Sovetlərin vaxtında evlərdə, əsasən xəstəxanalardaişlədilən rütubət və dərman qoxulu adyalları xatırlayan varmı? Çoxlarının evindəbelə örtüklərdən olub. Bax, həmin adyallar indi bahalı palto və mantolaraçevrilib. Estoniyalı modelyer Marit İlison SSRİ-nin nimdaş "xatirə”sindən eleqantüst geyimlər hazırlayır. Modelyer özü həmin dönəmlərdə böyüdüyü üçün nostalji hisslərindən uzaq deyil.

Kreativmodelyer yeni geyimlərin hazırlanmasında Svarovski daşlarından da istifadə edir. Bundanbaşqa geyimlərin hər biri əl işi olduğu üçün daha bahalıdır. Yəni, təxminən 2min avro!