"İlanlar"ın hamısı bir-bir  mütləq o "ulduz"u görməlidir - Əntiqə Rəşid yazır

Əntiqə RƏŞİD
3642 | 2023-12-26 15:32

Xatırlatmağa ehtiyac olmasa da yenə də deyim: Qarabağda millətçi “Daşnaksütyun” partiyasının lideri, separatçıların keçmiş qondarma “parlament sədri” David İşxanyan, separatçıların keçmiş “prezidenti” Arayik Arutyunyan, Ruben Vardanyan, Davit Manukyan, Qarabağdakı keçmiş qondarma rejimin “xarici işlər naziri” David Babayan, Bako Saakyan, Lyova Mnatsakanyan, Arkadi Qukasyan Prezident İlham Əliyev demiş, Bakıda "çay içirlər".


Bilirsiniz, bu separatçılar nəinki , tək Azərbaycanın rəsmi qurumları deyil, həmçinin beynəlxalq qurumların diqqətində qayğısındadır. Onu da bilirsiniz ki, onlar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun üzvləri tərəfindən yoxlanılır. BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolunun tələblərinə uyğun keçirilir.

Bu gün İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov, sədr müavini Elçin Şirinov və Hüquq şöbəsinin müdiri Rövşən Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində saxlanılan qondarma rejimin "rəhbər"ləri Arayik Arutyunyan, Ruben Vardanyan, David Manukyan və Lyova Mnatsakanyana baş çəkiblər.


Hətta Elçin Şirinov Teleqraf.com-a bildirib ki, saxlanılan şəxslər mövcud şəraitdən razıdırlar: "Saxlanılan şəxslər onlar üçün vaxtaşırı gəzintinin təşkil olunduğunu, hər həftə ailə üzvləri ilə telefonla danışmaq üçün şərait yaradıldığını bildiriblər. Adları qeyd olunan şəxslər onlara heç bir ayrı seçkiliyin edilmədiyini etiraf ediblər. Onlara eyni zamanda ailə üzvlərinin istəyi ilə vəkil də təyin olunub".
Bu görüşdə sizcə diqqətimi çəkən nə oldu?
Hə, Arayik dedikləri... Deməli, Elçin Şirinov deyib ki, Arayik Arutyunyan görüş zamanı qeyd edib ki, o özünü Azərbaycan vətəndaşı sayır:" Azərbaycan dilində minə qədər söz başa düşsə də, ermənidilli məktəbdə təhsil aldığından azərbaycanca danışa bilmir".


Bu həmin Arayikdir ki, cəmi 4-5 ay əvvəl “sərt tədbirlərlə” bizi “hədələdi” və döyüşə hazırlaşdığını bəyan etmişdi. Hətta o, 2020-ci il oktyabrın 4-də Arutyunyanın özü də rəsmi sosial şəbəkə hesablarında Gəncənin mülki əhalisinin sıx yaşadığı məntəqələrin ağır artilleriyadan atəşə tutulması barədə göstəriş verdiyini etiraf etmişdi. Bütün həyatı boyu Azərbaycana və azərbaycanlılara nifrəti ilə yaşayan Arayikin 2020-ci ildə qondarma respublikanın başçısı seçkilərində birinci turda 1-ci yeri tutduqdan sonra daha da qabardı. Bunu hər çıxışında xüsusi vurğuladı, sosial şəbəkə hesabında paylaşdı.


İndi durub deyir ki, "mən özümü azərbaycan vətəndaşı sayıram" sonra da azərbaycan dilini öyrənməyə səy göstərdiyini qeyd edir. Sizcə, zaman etibarilə cəmi 4-5 ay əvvəlki, hikkəli, nifrət dolu, özündən razı Arayik elə bil yox olub, onun əvəzinə Azərbaycan vətəndaşı olmağa , bu dili bilməyə səy göstərən "quzu" kimi bir adam onun yerində peyda olub.


Atalar necə demişdi? Demişdi ki, "ilan ulduz görməzə ölməz". İndi bu "ilanlar" ulduzların" (oxu - DTX) gözü qarşısında olduğu üçün mənən ölmüş biridirlər. Vay o gündən ki, hazırda əməllərinə görə həbsxanada yatan bu ilanların oradan qurtulacaqlar.  Ondan sonra nələr edə biləcəyini düşünürəm və həyəcanlanıram. Bu ilanlar ulduz olmayan yerlərdə yenə dinc insanları çalmağa davam edəcəklər... Allah qorusun...

TƏQVİM / ARXİV