İlham ƏIiyev “Barselona” prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham ƏIiyev martın 1-də “Barselona” Futbol Klubunun prezidenti Xuan Laportanı qəbul edib.
Adalet.az xəbər verir ki, qəbula görə dövlətimizin başçısına minnətdarlığını bildirən Xuan Laporta Azərbaycana ilk dəfə COP29 zamanı səfər etdiyini xatırlayaraq, Bakıdakı inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi, burada əməkdaşlıq üçün böyük potensial gördüyünü və məhz buna görə də qısa müddət ərzində ölkəmizə ikinci dəfə gəldiyini vurğuladı.
Söhbət zamanı Azərbaycanda idman sahəsinə, o cümlədən futbolun inkişafına göstərilən dövlət qayğısına toxunuldu, ölkəmizdə nüfuzlu beynəlxalq idman yarışlarının, həmçinin dünya səviyyəli futbol oyunlarının ən yüksək standartlara uyğun təşkil edildiyi qeyd olundu.
Görüşdə Azərbaycanda “Barselona” futbol akademiyasının yaradılması ilə bağlı sənədin imzalanacağı bildirildi, akademiyanın gələcək fəaliyyətinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı, ölkəmizdə uşaq futbolunun inkişafı sahəsində əməkdaşlıq məsələləri müzakirə olundu.
Xuan Laporta Azərbaycan Prezidentinə xatirə hədiyyəsi təqdim etdi.
Digər Xəbərlər

Naxçıvana qaz ixracı: Ərdoğan mərasimdə iştirak edəcək

Tramp Zelenski həngaməsinə təəccüblənmədim - Səxavət Məmməd yazır

Hikmət Hacıyev: Ermənistan Cənubi Qafqazda nəhəng mina istehsalçısı olaraq qalmaqda davam edir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə ikitərəfli və regional məsələləri müzakirə edib

Ayxan Hacızadə: Fransa tərəfinin səsləndirdiyi fikirləri qətiyyətlə rədd edirik

Yalçın Rəfiyev Birol Akgün ilə regional məsələləri müzakirə edib

"Ermənistan XİN-in bəyanatını rədd edirik" - Rəsmi Bakı
jpg-1740742846.jpg)