İlham Əliyev: Biz neftimizi Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edirik
Bizim enerji layihələrinə gəlincə, Azərbaycan etibarlı təchizatçı olub. Demək olar ki, 20 il ərzində biz tarixdə ilk dəfə olaraq Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən kəmər təşəbbüsü ilə çıxış etdik və qonşularımızla birlikdə onu istismara verdik.
Adalet.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev iyulun 18-də Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində keçirilən “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxışı zamanı səslənddirib.
“İndi biz Aralıq dənizində Türkiyənin Ceyhan limanından neftimizi müxtəlif təyinat nöqtələrinə, o cümlədən Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edirik. Bəzi ölkələrdə Azərbaycan xam neftinin istehlakı onların tələbatının 50 və ya daha çox faizini təşkil edir. Üç ildən artıqdır ki, biz mühüm qaz təchizatçısına çevrilmişik”, - deyə dövlətimizin başçısı əlavə edib.
Digər Xəbərlər
09 Sentyabr 2026 13:39
Azərbaycan və Ermənistan bu barədə razılaşıb
09 Sentyabr 2026 13:17
Ceyhun Bayramov ermənistanlı həmkarı ilə görüşəcək
09 Sentyabr 2026 12:22
"Azərbaycan Türkiyəyə dəstəyini davam etdirəcək" - Ceyhun Bayramov
09 Sentyabr 2026 12:09
Prezident Emoməli Rəhmonu təbrik etdi
09 Sentyabr 2026 11:32
“COP29 Azərbaycanı qlobal iqlim diplomatiyasının mərkəzinə çevirdi”
09 Sentyabr 2026 09:17
““Rus evləri”nin müxtəlif ölkələrdə hansı məzhəbə xidmət etdiyi bəllidir”
09 Sentyabr 2026 09:17
“Tramp və Putin telefon danışığı Ukraynaya yeni təzyiq planın tərkib hissəsidir”
09 Sentyabr 2026 09:10


Bakı -°C

