İlham Əliyev onları təbrik etdi
Prezident İlham Əliyev Surinam Respublikasının Prezidenti Çandrikapersad Santoxiyə təbrik məktubu göndərib.
Adalet.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Surinam Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Sizin COP29-da iştirak etmək üçün Bakıya səfəriniz Azərbaycan ilə Surinam arasında əlaqələrin tarixində xüsusi yer tutur. Mən Sizinlə səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşümüzü ən xoş təəssüratlarla xatırlayıram.
Biz Surinam ilə dövlətlərarası münasibətlərimizə və əməkdaşlığımıza böyük əhəmiyyət veririk. İqtisadi-ticari əlaqələrimizi inkişaf etdirmək üçün Azərbaycan ekspertlərindən ibarət nümayəndə heyəti ölkənizə səfər etməyə hazırdır.
İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında dostluq əlaqələrin möhkəmləndirilməsi, ikitərəfli qaydada və çoxtərəfli müstəvilərdə əməkdaşlığımızın genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.
Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza daim firavanlıq və əmin-amanlıq arzulayıram".
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviçə təbrik məktubu ünvanlayıb.
Adalet.az-ın məlumatına görə, mətndə deyilir:
"Hörmətli xanım Sədr,
Bosniya və Herseqovinanın milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Azərbaycan ilə Bosniya və Herseqovina arasında dostluq və əməkdaşlıq əlaqələrinin səviyyəsi məmnunluq doğurur.
Bakıda keçirilən COP29 çərçivəsində Sizinlə görüşümü xoş təəssüratlarla xatırlayıram.
İnanıram ki, dövlətlərarası əlaqələrimizin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Bosniya və Herseqovina xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
Digər Xəbərlər
09 Oktyabr 2026 10:57
"III MDB Oyunlarının uğurla keçirilməsi əlamətdar idman hadisəsinə çevrildi" - Prezident
09 Oktyabr 2026 10:32
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
09 Oktyabr 2026 10:32
"Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır" - Prezident
09 Oktyabr 2026 10:31
"Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi öz mövqelərini möhkəmləndirir"
09 Oktyabr 2026 10:30
"Laçındakı tədbirlər bu diyarın tarixi ilə yaxından tanış olmağa imkan yaradıb" - Prezident
09 Oktyabr 2026 10:30
Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır
09 Oktyabr 2026 10:25
"Azərbaycan dəmir yolu bir ilə yaxındır Ermənistan yükləri üçün açıqdır" - Paşinyan
09 Oktyabr 2026 10:18


Bakı -°C

