İlham Əliyev onları təbrik etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Musiqili Dram Teatrının yenidənqurmadan sonra açılışı münasibətilə təbrik ünvanlayıb.
Bu barədə Adalet.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Təbrikdə bu mədəniyyət ocağının Azərbaycan milli teatr sənətinin ən qədim kollektivlərindən biri olduğu vurğulanaraq, onun uzun illərdir milli-mənəvi dəyərlərin qorunmasına və inkişafına mühüm töhfə verdiyi qeyd olunub.Dövlət başçısının təbrik məktubu mərasimdə Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Murad Hüseynov tərəfindən səsləndirilib.
Dərbənddə yerləşən və Rusiya Federasiyasında Azərbaycan dilində fəaliyyət göstərən yeganə dövlət teatrı olan bu sənət ocağı əsaslı yenidənqurmadan sonra müasir tələblərə uyğun şəkildə fəaliyyətini bərpa edib. Tarixi XIX əsrə gedib çıxan teatr Dağıstanın mədəni həyatında xüsusi yer tutur və regionda yaşayan azərbaycanlıların mədəni kimliyinin qorunmasında mühüm rol oynayır.
Teatrın açılış mərasimində Rusiya Federasiyasının Prezidenti Vladimir Putin videokonfrans vasitəsilə iştirak edib. O, çıxışında yenilənmiş teatrın açılışını Dağıstanın və ümumilikdə regionun mədəni həyatı üçün əlamətdar hadisə kimi qiymətləndirib, zəngin mədəni mühitin yalnız paytaxtlarda deyil, bütün bölgələrdə əlçatan olmasının vacibliyini vurğulayıb.
Tədbirdə Dağıstan Respublikasının rəhbərliyi, Azərbaycan nümayəndə heyəti və teatr ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Açılış münasibətilə Novruz bayramına həsr olunmuş silsilə tədbirlərin, mükafatlandırma mərasiminin və konsert proqramının keçirilməsi planlaşdırılır.
Digər Xəbərlər
16 Aprel 2026 11:43
“Aprel”i şərəfləndirən bəstəkar - Əntiqə Kərimzadə yazır…
16 Aprel 2026 10:56
AzTV süni intellekt vasitəsilə ilk tarixi film hazırlayıb - VİDEO
14 Aprel 2026 14:18
Maqsud Məmmədov İkinci Fəxri xiyabanda dəfn olundu
13 Aprel 2026 17:40
Xalq artisti vəfat etdi
13 Aprel 2026 12:22
Aktyor: “Bu, dəhşəti bir şeydir”
10 Aprel 2026 13:32
Bakı Xoreoqrafiya Akademiyası beynəlxalq festivalda ölkəmizi uğurla təmsil edib
09 Aprel 2026 19:29
Litvanın Baş naziri Milli Xalça Muzeyində - FOTOLAR
08 Aprel 2026 17:27


Bakı -°C

