İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəng edib.
Adalet.az xəbər verir ki, dövlətimizin başçısı Şavkat Mirziyoyevi doğum günü münasibətilə ürəkdən təbrik edib, ona uzun ömür, cansağlığı, qardaş Özbəkistan xalqının xoşbəxt gələcəyi və firavanlığı naminə həyata keçirdiyi şərəfli ali dövləti fəaliyyətində yeni-yeni uğurlar və nailiyyətlər arzulayıb.
Prezident Şavkat Mirziyoyev səmimi təbrikə və xoş sözlərə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirərək, öz növbəsində Azərbaycan xalqına firavanlıq və rifah arzulayıb.
Telefon söhbəti zamanı Azərbaycan-Özbəkistan strateji müttəfiqlik münasibətlərinin əhəmiyyətinə toxunulub, əlaqələrin bütün sahələrdə uğurla inkişaf etməsindən məmnunluq ifadə olunub.
Dövlət başçıları, həmçinin gələcək təmaslar barədə razılıqlarını ifadə edərək, qarşılıqlı maraq doğuran məsələlərə və ikitərəfli münasibətlərin perspektivlərinə dair fikir mübadiləsi aparıblar.
Digər Xəbərlər
24 Iyul 2026 09:34
“Moskva Kiyevlə birbaşa danışıqlara başlamaq istəyir...”
24 Iyul 2026 09:21
“Kremlin Azərbaycanla “strateji tərəfdaşlıq” barədə söylədiklərinin...”
23 Iyul 2026 23:05
Azərbaycan və Almaniya əməkdaşlığı daha da dərinləşir
23 Iyul 2026 18:25
Türkiyə-İran yaxınlaşması... - Elxan Şükürlü yazır
23 Iyul 2026 13:32
Prezident məcburi köçkünlərlə bağlı qanunlarda dəyişiklikləri təsdiqlədi
23 Iyul 2026 12:33
İlham Əliyev Misir Prezidentini təbrik etdi
23 Iyul 2026 10:15
“Ermənistan tədricən Rusiyadan uzaqlaşır...”
23 Iyul 2026 10:15


Bakı -°C

