adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
15 Sentyabr 2017 21:08
170854
RUBRİKA

"İmam Hüseyn mənə dərs deyirdi..." - YUXU QAPISI

Yuxu həyatın tərs üzüdür. Bizim hər gün rastlaşdığımız insanların,hadisələrin o üzü. Burada zaman yoxdur. Şüurumuzun qaranlıq guşələrinə düşənbir qırıq işıqdır yuxu. O işığın içində tez-tez xatırladığımız, unuda bilmədiyimiz,hər gün düşüncəmizin küçələrində əli cibində veyil-veyil dolaşan adamlaryaşayır. Yuxudakı xatirələr, düşüncələr, əzablar, sevgilər, xəyallar, ümidlərbizim o biri dünyamızın sakinləridir. Yuxu bizi sarsıda da bilər, sevindirə də.Bəzən beynimizin içində eynən çöl boyu yüyürən atlar sayaq insanlarınxatirələrinin axını olur. Bu kütləvi axını bizə yuxular göstərir, qırıq-qırıq,zəif ssenaridə, montajı olmayan film kimi. Məşhur psixoanaliz Ziqmund Froydyuxular haqqında "Yuxuların yozumu" kitabını yazmışdır. Froyda görə,yuxular bizim şüurumuzda mövcud olan həyatımızdır.

"Yuxu qapısı” rubrikasının bu dəfəki qonağı aktyor, şair OrxanBahadırsoydur. Adalet.az müsahibəni təqdim edir.

-Froyda görə, yuxu mənasız bir şey deyil, sıxışdırılmış arzularıntəhrif olunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsidir. Sizin fikriniz necədir?

-Əlbəttə, yuxular bəzi hallarda insanın zaman-zaman baş qaldıran arzuvə istəklərinin nəticəsidir. Lakin bu hər zaman belə deyil. Məsələn, mən birdəfə yuxuda görmüşdüm ki, ölmüşəm, bədənim bozumtul-göy rəngdədir, buz kimisoyuğam və ağzımın suyu tükənib, dilim, damağım bir-birinə yapışıb. Mənitanımadığım adamlar məzara qoyub, üstümə taxta düzmədən, birbaşa torpaqtökürlər. Torpaq dənələri dodaqlarımın arasındakı kiçik boşluğa dolur. Mən dəməzarımın sağ tərəfində durub öz dəfn prosesimə qorxu ilə tamaşa edirəm. Beləbir vəziyyəti heç vaxt arzulamamışam, istəməmişəm, amma yuxuda görmüşəm. Odurki, yuxu təkcə arzuların, istəklərin, xəyal və ümidlərin deyil, həm dəqorxuların, təlaşların, problemlərin, faciələrin bir başqa xəyali təzahürüdür.


-Yuxularınız həyatınıza necə təsir göstərir, yəni gördüyünüz yuxuyagörə planlarınızı qurursunuz?

-Mən, ümumiyyətlə, xəyali vəziyyətlərə qapılmamağa çalışıram. Mistikhadisələrə də inanmıram. Baxmayaraq ki, bu cür hadisələrlə çox qarşılaşmışam.Yəqin ki, doğulduğum yer, yaşadığım və böyüdüyüm mühit bunlara səbəb olub.Bilirsiz, mən mistik, mövhumi və xurafi inancların zirvədə olduğu bir bölgədə -Lerikdə doğulmuşam, uşaqlığım da orda keçib. Hər ayın ikinci ongünlüyündə "Bugün Ay bədirlənib, Allah bizi bəladan qorusun!” nidaları dörd yanımdan göyəucalardı. Onlar ianır ki, Ay bədirlənəndə, pis hadisələr baş verir. Gecəyuxusunda toy görəndə səhər evdən nəzir çıxaran insanların içində böyümüşəm mən.Onlar inanırdı ki, yuxuda toy görüblərsə, ölüm xəbəri eşidəcək, ya da ölümhadisəsi ilə qarşılaşacaqlar. Hətta mən özüm də iki dəfə yuxumda toy görümüşəm,hər ikisində səhəri ölüm xəbəri ilə açmışam. Lakin bunu da təsadüfdən başqa birşey hesab etmirəm. Bir sözlə, gördüyüm dəhşətli yuxuların gecəni narahatyatmağımdan başqa həyatıma heç bir təsiri yoxdur və yuxularıma görə heç birişimi planlaşdırmıram.


-Yuxudan sonra onun yozumları haqda baş sındırırsız?

-Əsla. Bu heç vaxt olmayıb. Çünki yuxu yozumlarını qədimdən gələninanclara uyğun əzbərlədiyim üçün belə bir ehtiyac duymamışam. Nənələrim,xalalarım, bibilərim, digər qohumlarım yuxuları qədim inanclarla o qədəryozublar ki, artıq hamısını bilirəm. Yuxuda ilan görmək səfərə çıxmaqdır, balıqgörmək pul qazanmaqdır, it görmək düşməndən xəbər verir, zirvə görmək uğurdur,su görmək xoşbəxtlikdir və s. Bunları o qədər bilirəm ki, hərdən özümü münəccimkimi hiss edirəm.


-Yuxuların mistik hadisə olduğuna inanırsınızmı?

-On yaşım var idi. Orta məktəbin dördüncü sinifinə yenicəbaşlamışdım. O vaxt orta məktəbdə bibim mənə dərs deyirdi. Bir gecə yuxudagördüm ki, sinifdə təkəm. Həyəcanla bibimi və sinif yoldaşlarımı gözləyirdim.Biraz sonra bəstəboy, yumrusifət, ağ libasda, ağ əmmamədə, nurlu siması olanbir kişi sinifə girdi və təbəssümlə salamlaşdı. Mən ayağa qalxıb onun kimolduğunu soruşdum. O əli ilə başıma sığal çəkib, dedi ki, "Mən İmam Hüseynəm, sənə bundansonra mən dərs deyəcəyəm”. Səhər oyanan kimi yuxunu nənəmə - daha doğrusu,anamın nənəsinə danışdım. O da gülmsəyib, "Sən savadlı, ziyalı, şöhrətli vəvar-dövlətli olacaqsan” dedi. Həmin vaxt buna ümid etmişdim, inanmışdım.Sonralar anladım ki, az qala hər gün İmam Hüseyn adını eşidən, Məhərrəmaylarında matəm mərasimlərinə qatılıb mərsiyələrə, moizələrə qulaq asan, əlindəələm tutan dəstənin içində sinə döyə-döyə piyada pirlərə gedən bir uşağın bucür yuxu görməsi də normaldır.


-Gördüyünüz yuxular çin olurmu, ya da əksinə?

-Xatırlamıram. Olubsa da xüsusi bir iz buraxmayıb həyatımda. Bir dəfəyuxumda Nobel aldığımı və sevincdən tutulmuş boğuq bir səslə nitq söylədiyimigörmüşdüm. Əlbəttə, bir ədəbiyyat adamı kimi, yuxuda Nobel aldığımı görməyim nəqədər normaldırsa, bir gün buna nail olmağım da o qədər normaldır. Hər halda,ümid edirəm ki, bu yuxum çin olar.


-Həyatınızda gördüyünüz ən yadda qalan yuxu və ən gözəl yuxuhansılardır?

-Ən yadda qalanı az əvvəl nəql etdiyim nəşimin məzara qoyulması iləbağlı yuxu olub. O qədər dəhşətli və qorxulu idi ki, heç vaxt onu unutmaram. Əngözəl yuxu isə həm də mənə uğur gətirən yuxum olub. Bir gecə gördüm ki, köhnəbir binanın son mərtəbəsinin pencərəsindən yaşlı, amma gözəl bir qadın kədərdolu baxışlarını mənə zilləyib. Başına qara yaylıq bağlayıb. Mən də binadanbiraz aralıda dayanıb, təəccüblə ona baxıram. Qəribə olan isə bu idi ki, mənpəncərədən evin içini açıq-aydın görürdüm. Divarda ağ-qara şəkillər asılmışdıvə masanın üzərində uzun, qara saçlar sərilmişdi. Ertəsi gün "Saçını satanaktrisa” əsərini yazdım. Evi və qadını yuxuda gördüyüm kimi təsvir etdim. Məlumunuzdurki, həmin əsər də bu il Almaniyada səhnələşdirildi və məni Avropaya aparıbdünya mədəniyyəti, dünya teatrları ilə tanış etdi.


-Bəzi adamlar yuxuda ağ-qara filmə baxırlar. Bunun səbəbi hələbilinmir. Amma alimlər onu bildirir ki, insanların 12 faizi ağ-qara yuxu görür.Siz necə düşünürsünüz?

-Hər halda, alimlərə, elm insanlarına sonsuz inancım, dərin sevgim vəhörmətim var. Amma mən yuxularımda hər şeyi müasir filmlərdəki kimi rəngli,effektli görürəm.


-Hansı doğmanızı daha çox yuxuda görürsünüz?

-Mənim ən doğmam, ən əzizim, ən müqəddəsim sənətimdir. Ədəbiyyat vəteatr! Odur ki, yuxularım da daha çox bədii və teatral olur.


-Yunan filosofu Heraklın yuxu haqda məşhur bir sözü var: "Oyanıqolan insanlar üçün tək bir dünya vardır. Yuxuda olanların isə hər birinin ayrıbir aləmi vardır, onun içində hey fırlanırlar”. Siz necə fikirləşirsiniz?

-Tamamilə razıyam. Yuxularqəribədir. Qorxulu olmasa, kabusa çevrilməsə gözəl də ola bilər. Mən isə dahaçox qorxulu, dəhşətli, faciə dolu yuxular görürəm. Bunu biraz da öz yaradıcılıqjanrımla əlaqələndirirəm. Təsəvvür edin, bu günə qədər iyirmidən çox pyesyazmışam, onlardan cəmi biri komediyadır. Onu da çox uğursuz hesab edirəm.Digərləri isə dram, faciə janrlarındadır. Romanlarımın, hekayələrimin də heçbiri xoşbəxt sonluqla bitmir. Şeirlərimdə də nikbin əhval-ruhiyyə yoxdur. Biraktyor kimi də komik obrazları ruhuma yaxın hesab etmirəm. Kabus kimiyuxularımın səbəbi də bu olsa gərək. Odur ki, mənim yuxulardakı dünyamarzuolunmaz bir dünyadır.


-Dahi yazıçılardan, rəssamlardan,filosoflardan kimləri yuxunuzda görmüsünüz?

-Mikayıl Müşfiqi görmüşəm. Onu sevərək, onu oxuyaraq, ondanilhamlanaraq ədəbiyyata başladığım üçün, Mikayıl Müşfiqlə yuxularda görüşməkmənim üçün xoşbəxtlik idi. Əlbəttə, bu 15-17 yaşlarımda olurdu. Hərgecə Müşfiqi görmək ümidi ilə yatırdım. Hətta o vaxt, bu yuxulardan birini"Müşfiqlə görüş” adlı poemaya da çevirmişdim. İndi də əlyazmalarımın içindəqalır o poema. Başqa heç kəsi görməmişəm.


-Sizə görə yuxularımız həqiqətə çatdırır bizi?

-Yuxularımızıngələcək həyatımızda rol oynadığını düşünmürəm ki, bizi həqiqətə çatdırdığını dadüşünüm. Bizi həqiqətə elm və sənət çatdırar. Yuxulara, dualara, cadulara,mistik varlıqlara ümid etməklə həqiqətə çatmarıq, əksinə, yalanlara aldanıb, geridəqalarıq. Mənə görə bütün bəşərin xilası elmdə və sənətdədir. Başqa heç bir şeydə.