"İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramına qeydiyyat davam edir - Gənclərin nəzərinə!
İnnovasiya lideri Bakcell və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə tərəfdaşlığı çərçivəsində həyata keçirilən təqaüd proqramı gənclər arasında böyük marağa səbəb olur.
Adalet.az xəbər verir ki, innovasiya, süni intellekt və müasir rəqəmsal bacarıqların inkişafına yönəlmiş təqaüd proqramına artıq 800-dən çox gənc müraciət edib.
Qeyd edək ki, təqaüd proqramı gənclərin innovativ potensialını gücləndirməyi, onları süni intellekt, data analitikası, proqramlaşdırma və UI/UX dizayn sahələri üzrə praktiki təlimlər və real bacarıqlarla gələcəyin peşələrinə hazırlamağı hədəfləyir. Təşəbbüs ümumilikdə 150 gəncin inkişafına və yeni nəsil mütəxəssislərin formalaşmasına töhfə verəcək.
18-29 yaş arası və IT sahəsi üzrə baza biliklərə sahib olan gənclər, bu fürsəti qaçırmayın. Təqaüd proqramına http://youthfoundation.az/ saytı vasitəsilə müraciət edərək gələcəyinizi bu gündən formalaşdıra bilərsiz. Xatırladaq ki, qeydiyyat üçün son tarix 16 fevraldır.
Bakcell olaraq, Gənclər Günü münasibətilə ölkəmizin bütün gənclərini təbrik edir, onların innovasiya və biliklə formalaşan uğurlu gələcəyinə töhfə verməkdən qürur duyuruq.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Digər Xəbərlər
19 Fevral 2026 15:21
“Bakcell” və “Peerstack Academy” “The Tech Builders” layihəsinə start verdi - FOTOLAR
16 Fevral 2026 18:51
"X"də problem yarandı
15 Fevral 2026 19:43
"Sega"nın yaradıcısı vəfat etdi
12 Fevral 2026 14:56
"Google" da Rusiyada bloklana bilər
08 Fevral 2026 18:11
Kiberdələduzların toruna düşməməyin 2 YOLU
08 Fevral 2026 16:20
Bu ölkədə uşaqların sosial şəbəkələrə girişi qadağan olunur
06 Fevral 2026 11:34
Ən yeni texnoloji cihazlar artıq "Bakcell Shop"da!
02 Fevral 2026 17:35


Bakı -°C

