06 Sentyabr 2018 11:33
87254
MÜSAHİBƏ

İntihar şansımı arvad-uşaq əlimdən aldı… – Kəramət Böyükçöllə MÜSAHİBƏ

Azərbaycan ədəbiyyatının istedadlı və qalmaqallı yazarlarından olanKəramət Böyükçöl "Ədalət” qəzetinin qonağı oldu. Kənddən şəhərə yenicə gələnkimi onu redaksiyamıza çağırdıq. Kəramətlə onun yaradıcılığından, ədəbiyyatdan,sosial problemlərdən söhbət açdıq.

Adalet.az Kəramət Böyükçöllə müsahibəni təqdim edir.


-Kəramət, yay tətilini harda, necə keçirdin? Yaza bildinmi?

-Mənim yazmaq, kitab çap etmək kimi arzum, istəyim yoxdur. İçimdə belə bir hissyoxdu. İstəmirəm ki, cəmiyyət məni yazıçı kimi qəbul etsin. Artıq dayanmışam.Çünki, bu cəmiyyətdə, bu mühitdə, bu insanlarla bir yerdə yazmağın tamamiləmənasız bir şey olduğunu hiss etmişəm. Ona görə də bu yay tətilində gələcəyimhaqqında düşündüm. Gələcəkdə necə edim ki, dolanışığım normal olsun. Ailəm,uşağım rahat yaşasın, evim olsun. İstədiyim kimi yaşaya bilim. Evdə atamla,anamla didişməyim. Bunlarla bağlı xeyli götür-qoy elədim, planlar qurdum. Təbiiki, bu problemlər də maddiyatın başındadır.


-Deməli sən daha yazmayacaqsan...

-Yox, buna indi hökm vermək olmaz.Çünki yazmaq bizim əlimizdə olan bir şey deyil. Heç kim öz xoşuna yazıçı olmaz.Tutaq ki, dünyanın böyük yazıçıları var, onlar istəsəydi belə yazmaya bilməzdi.Missiya kimi onların çiyinlərinə qoyulub. İndi mən bu missiyanı öz üstümdənsüni olaraq kənara qoymuşam.


-Bir roman yazırdın, "Leyli və Məcnun”. O əsərin aqibəti necə oldu?Tamamlaya bildin?

-Demək olar hazırdı, yazmışam.Klassik struktur üzərində qurmuşam. Allahın tərifi ilə başlayır. Sonrahökmdarın tərifi ilə davam edir. "Çöl” romanımda vardı, Koroğlunun Amerikasəyahəti, Buşla görüşür. Bu əsərdə də Leyli və Məcnun tamamilə bu günün Leylisivə Məcnunudur. Postmodern əsər olacaq. Ancaq o əsəri də çap etməyi lazım bilmirəm.


-Bayaq dedin, yazmağın mənasızlığını dərk etmişəm. Bəs gələcək planlardanələr var? Kim olmaq istəyirsən? Nə işlə məşğul olmaq istəyirsən?

-Azərbaycanda ümumiyyətlə son dövrprosseslər göstərdi ki, kim olursan ol, xoşbəxt olmağın üçün imkanlar var. Adibir taksi sürücüsü olsan belə xoşbəxt ola bilirsən və yaxud sayt rəhbəri olandada xoşbəxt olursan, fəhlə olanda da. Amma yazıçı, mənəviyyat adamı olub bumühitdə xoşbəxt olmaq, rahat olmaq mümkünsüz görünür. Çünki getdikcə oçirkabın, o bataqlığın dərinləşdiyini hiss edirəm. Bir yazıçının, mənəviyyatadamının, əxlaq adamının da bu çirkabın, bataqlığın içində yaşaması, öz ailəsi,uşaqları üçün yaşaması, yenə deyirəm, mümkünsüz görünür.


-Dünyada böyük yazıçılar olub: Dostoyevski, Tolstoy, Cek London vədigərləri. Onların özü də bu çirkabdan yazıb və heç vaxt xoşbəxt olmayıblar.Mən inanmıram, dünyada elə bir yazıçı olsun ki, xoşbəxt yaşasın...

- Özümü onlarla müqayisə eləməzdim.Amma hiss edirəm ki, bacarmıram. Bəlkə bacarmamağın özü elə sənin yaradıcılığınaçevriləcək. Belə-belə yaza biləcəksən, bəlkə. Qayğılar həddindən artıq çoxdur.Ehtiyaclar get-gedə artır. Yaşamaq şərtləri ağırlaşır. İnsanlara təmənnasızyaxşılıq edənlər seyrəkləşir.


-Bəlkə sənin yaradıclığına evlilik mane olur?

-Xeyr, evlilik mane olmur. Bunu birdəfə də demişdim, evlilik mənim bu həyatdan çıxıb getməyimə mane olur. Artıqhiss edirəm ki, içimdən, çölümdən, müxtəlif yerlərimdən bağlanmışam. Buyerlərə, problemlərə, qayğılara, dərd-sərə bağlanmışam. Gül kimi intihar şansımvardı. Onu da arvad-uşaq əlimdən aldı. (gülür)


-Yaza bilməmək səni necə narahat edir?

-Mənim yaza bilməmək problemim yoxdu.Bu mənada, tutaq ki, istədiyim mövzuda yazıram. Gücümün çatdığı səviyyədə.Yazanda təbii ki, demirəm dahiyənə yazıram.Normal cümlə qura, azərbaycan dilində yaza, süjet qura, kompozisiya qura,obrazları danışdıra, apara, gətirə, onları müxtəlif yerlərdə gəzdirə, onlarısonra öz içimdən keçirə bilirəm. Yazıçı üçün elementar şeylər nədirsə mənonları yazıb kənara qoya bilirəm. Ancaq onlara vaxt itirmək istəmirəm. Ondansagedib bir sot torpaq alım, ev tikim, sonra onun qarşısında hin tikim, toyuqlarsaxlayım.


-Yəqin sən doğlduğun torpaqlara qayıtmaq istəyirsən. Buddizimdə belə birfikir var, harda doğulmusan, orda xoşbəxtsən.

-Şübhəsiz o amil də var. Şəhərdəbahalı restoranlarda yeyib içmək bizə o qədər ləzzətli gəlmir. Saatlarla yolgedib hansısa təbiət qoynunda, ağacın altında bir qəzetin üstündə bir tikəpendir çörək yemək bizə daha çox xoşbəxtlik verir. Bu təkcə mənə aid olan birməsələ deyil, ümumən hesab edirəm ki, insani xüsusiyyətdir. Amma mənimlə qələmarasında çox ciddi problemlər yaranır. Artıq qələmlə yola getmirəm. Hesab edirəm ki, mənimyaxşı bir gələcəyim olacaqdı. Qələmi düşmən kimi görürəm. Söhbət bundan gedir.Yaza bilirəm amma yazmıram. 


- Yazıçı yaddaşını kiməsə verib xoşbəxtola bilərsən?

- Onsuz da öz həyatımı korlamışam. Bundan sonra öz xarakterimi,xüsusiyyətimi dəyişmək mənim üçün çox çətin olacaq. Nə qədər çətin olsa beləheç olmasa süni də olsa buna cəhd eləmək istəyirəm. Alınacaqmı, alınmayacaqmıbilmirəm. Özümü başqa yerlərdə, başqa sahələrdə axtarıram. Qazancım, çörəyim,dolanışığım istəmirəm qələmdən çıxsın. Nə vaxt ki, görəcəm ailəmin, özümündolanışığım rahat şəkildə başqa yerdən gəlir, bax onda hesab edirəm ki, bəlkəoturub rahat nəsə yaza bilərəm. 


- Nəşriyyat sistemi yaransa, müəlliflərləişləsə, məsələn, qonarar versə ki, roman yaz, bu qədər pul verəcəyik və bu pulda səni qane edəcək. Bəs o zaman?

-O yaxşı şərtdi. Şübhəsiz ki, indikişəraitdə, indiki sistemlə nəşriyyat elə-belə yaranıb sənə "otur nə istəyirsənyaz, gətir mən sənə qonarar verəcəm” deməz. Belə şeylər şübhəsiz ki, olmayacaq.Biz saytda köşə yazanda belə içimizdən gələn cümlələr öz-özünə redaktəolunacaq. Yenə də fikirləşəcəksən ki, düzdü maddi mənada vəziyyətin yaxşılaşır,problemlərin həll olunur. Amma o zaman da sən artıq nə yazacaqsan?! Ümumiyyətləyazıçı dostumuz Şərif Ağayarla danışanda Mövludla həmişə belə bir zarafatedərdik ki, nəsrin 100 şərti var. İndi nəsrin 100 şərti varsa birincisi mənimdüşüncəmə görə yazıçının azadlığıdı. Azadlığı, sərbəstliyi olmasa o yazıçı nəyaza biləcək. Azərbaycan balaca bir ölkədi. Məşhur lətifədə deyildiyi kimi – Çinli soruşur ki, nə qədər əhaliniz var,bizimki 10 milyon deyir, Çinli qayıdır ki, hamınız qohumsunuz, bir-birinizitanıyırsınız. Azərbaycanda da ədəbi, ictimai, siyasi mühit var. Proseslərhamısı bir neçə sayt ətrafında cərəyan edir. Hamı bir-birini tanıyır.


- Səncə varmı azad yazıçı, yəni heç kimdən asılı olmadan.

-Bir müddət oldu. O da mümkünsüzolduğuna görə çıxıb ölkədən getdilər. Məsələn Seymur Baycan. Seymur ölkədəngetdi, onun 5-6 il bundan qabaq getməyini anlamırdım. Bir az buna dırnağarası baxırdım.Ölkəsini bəyənmir deyirdim. Seymur ailə qurmayıb. Onun üçün daha asandır. Mənimdə elə bir şəraitim olsa gedərəm, rahat da yazımı yazaram


- Şeir mənə yastı təpələri xatırladır, nəsrsə dağın döşündə ora bura qaçan vəhşi heyvanları. Bəs sənin gözündəüfüqdə nə görünür?

- Obrazlı şəkildə deyirsən. İnanAllaha, nə üfüq görürəm, nə də ayağımın altını görürəm. Olduğum vəziyyəti ifadəeləmək mənim üçün çox çətindir. Uzun müddət "Teleqraf" holdinqə daxilolan saytlarda yazılar yazmışam, müsahibələr almışam. Orada o qədər dəhşətlisenzura ilə qarşılaşmışam ki, artıq müstəqil şəkildə oturub hekayə, ya dahansısa yazımı yaza bilməmişəm. Özüm artıq cümlələrimi redaktə edirdim ki,burda bu olmaz. Kiminsə xətrinə dəyər. Birdən saytı bağlayarlar. Senzura artıqiçimdə oturub. O olmaz, bu olmaz. Bu çox pis şeydi, məsələn, qolun sınıb, gipsəqoymursan, əyri bitir. Sən onu necə düzəldəcəksən, artıq bu mühit, bu proseslər,bu baş verən iyrəncliklər, hamısı sənin xarakterinə keçib. Bir də gördün özünoğraşın yekəsi olmusan. Özünün xəbərin də olmadan. Görəcəksən ki, o iyrəndiyinşeylərin başında özün dayanmısan. Onu məhz sənə elətdirirlər. 


-Bu qədər çirkinlikdən danışdın, bəs səninüçün təmiz olan yer nədir? Qutsal olan yer ki, mənən özünü orda rahat və özgürhiss edirsən?

-Neftin qiyməti düşəndən sonra qeyri neft sektorunun inkişafına başladılar.Ondan sonra təmiz qoyub gəldiyim yerlərə də gedəndə təmizlik görmədim. Oyerləri dövlət traktorları gəlib şumlayıb, eləyib guya pambıq sahəsi. Mənimbabamla bir yerdə qoyun otardığımız yerlər, fermalardan, insanları özyurdlarından çıxarıblar. Bu proses göstərir, demək olar ki, təmiz yer qalmayıb.Təmiz yer qopub gəldiyim yerdi. Bir də bundan sonra gedəcəyimiz yerdi. 


- "Çöl" , "Səkkizincigün" romanları yazdın, ədəbiyyatda da yaxşı qarşılandı. Xüsusən də"Çöl". Amma oxucular səni Elgizin verlişində şeir deyən oğlan kimitanıyırlar. Bu səni narahat eləmir?

- Əvvəl çox narahat edirdi. Hətta özüm də demişəm ki, 3 roman yazmışam, camaatməni ans-də dediyim gic-gicə bir şeirlə tanıyır. Metroda da, avtobusda da,hətta kənddə də, hər yerdə bir də görürsən oturduğum bir restoranda kimsətelefonda dediyim şeiri qoyub, səsini də çox verib. Öz aləmlərində mənləməzələnirlər. Onsuz da tanınmağın başqa yolu nədən ibarət idi ki? Başqa cürnecə tanına bilərəm ki?! Əslində heç bu qədər tanınmağa layiq adam deyildim. Budəqiqə elə tanınıram ki, elə bil müğənniyəm, nəyəm. Azərbaycanda yazıçınıntanınmaq ərazi bir o qədər də geniş olmur. Heç kimə başa sala bilmərəm ki,dediyim şeir o gülənlərin özünə gülməkdi. Onların özlərinə ironiyadı ki, siz bucəmiyyətdə yaşayırsız. Azərbaycanda necə olursan ol, kim səni necə görürsə,osan. 


-Sən əvvəllər daha həvəsli, narahatçılığınolmayan biri idin. Gənc yaşlarında "Çöl"ü yazmışdın. Yaxşı dareaksiya doğurmuşdu. Əkrəm Əylisli söz demişdi sənin haqqında. "Səkkizincigün"ü yazdın daha sonra sanki yazmağa qarşı soyudun. Bu narahatçılıqharadan yarandı?

- Həvəsli, ümidli vaxtlarım vardı. Ümidli vaxtlarımda bir dəfə belə biryazı yazmışdım. 23-24 yaşım vardı, indi də çox yaşım yoxdu, 30 yaşım var. Aradancəmi 6-7 il keçib, uzun bir vaxt deyil,. İndi yazıçı təfəkkürünün kapitalaçevrilməsinin tərəfdarıyam. Gələcəkdə ədəbiyyat tarixinə düşmək kimi heç vaxtbelə arzum istəyim olmayıb. Mən onu yazıb maddi ehtiyaclarımı qarşılayabilməyəndə həvəsdən, ruhdan düşdüm. Fikirləşdim ki, məsələn, bir dostum vardı,birlikdə universitetə hazırlaşırdıq. Hətta adını da deyəcəm çünki, mətbuatlamaraqlanan deyil. Ceyhundu adı. Mən universitetə qəbul oldum, onda alınmadı.Dedim hazırlaş, qəbul ol, burda nə var ki. Sonra o oxumadı, getdi öz yoluna.İllər keçəndən sonra bir dəfə mənim borcum vardı. 1500 manat. Əlim yandı pulaxtarırdım. Başqa bir dostum zəng elədi, dedi, keçən dəfə Ceyhunla oturmuşduq,səni də çox istəyir. Ondan al. Dedim hansı Ceyhun, güclə yadıma saldım, sonar onun nömrəsin soruşdum, zəng elədim, 80 minlikmaşını ilə gəldi, məni apardı, bir milyonluq restorana. Deyir, televizoraçıxanda sənə pul vermirlər? İndi universitet bitirən bitirməyəndən pul istəyir.Belə şey olacağını bilsəydim, heç oxumazdım. Adamı həvəsdən salmasın, neyləsin.Mən ani qərarlar adamıyam. Yəni hər hansısa bir hadisə haqqında düşünüb daşınıb,yüz ölçüb, bir biçib qərar verən adam deyiləm. Səhv ya düz. Amma nəyi düşünübnəyi daşınasan axı. Öz içimi görün nə ilə ovuduram. Gedib kəndə atın üstündəayaq üstə durmaqla, kanala qışqıra-qışqıra kəllə vurmaqla, yumalanmaqla.Bununla özümü ovuduram, daxili azadlığıma, rahatlığıma təsəlli verirəm. Guya azadam, rahatam. Ammabaşqa nə ilə ovudasan özünü, nə edəsən, çıxış yolu nədir? Buna faciə kimi dəbaxmıram. Keçən dəfə də yazmışdım. Adam bezir, içirsən, səhərisi gün adamıruhdan həvəsdən salır. Həyatla əlaqələrin kəsilir. Fikirləşirsən ki, niyəyaşayım, sosial problemlər, qayğılar, ev yox. Evimiz var e, atamla anamla biryerdə. Yola getmirsən bəzən. Alınmır. Hərdən deyirsən gedim elə Mövludlagörüşüm. 


-İstəyərdin oğlun yazıçı olsun?

- Hansı ata övladının pisliyiniistəyər.


-Mövlud dedin, bəlkə bu ümidsizliyinsəbəbi elə Mövlud oldu?

-Yox onsuz da ümidsiz idik. Açığı Mövluda qibtə edirəm. Bu mənada, yəni oözünü xilas edə bildi. Gələcək problemlərdən, iyrəncliklərdən cavan yaşındaözünü xilas elədi. Bizim gücümüz də yoxdu axı. Artıq özümə söz vermişəm intiharhaqqında heç nə yazmayacam. Niyyətim olsa gedib edəcəm. Camaat da deyir ki, eləməkistəyirsən get elə də. Cəlili də başa düşürəm. Ona ironik yanaşılmasınıntərəfdarı deyiləm.


-İntihar mövzusundan qaçaq. Gündəmidəyişmək üçün məcbur qalırsan birinə ilişəsən. Bunu da edəndə deyirlərKəramətlik eləmə. 

-Ən birincisi, Azərbaycan mediası, mətbuat, qəzetlər, saytlar sosialşəbəkələrlə mübarizə apara bilmirlər. Və o mediaya pul ayıran qüvvələrin dəəsas şərti odur ki, siz sosial şəbəkələrlə mübarizə aparın. Bunlar mübarizəapara bilmirlər. Yüz minlərlə pul verirlər ki, get ictimai rəy formalaşdır,bunlar gəlib Kəramət Böyükçölün statusundan gündəm yaradırlar. Mənim yazdığımstatuslar siyasi dairələrin də xoşuna gəlir ki, qoy elə gic-gic şeylərlə məşğulolsunlar. Açığı elə şeylər yazmaqdan, gündəmə gəlməkdən doymuşam.


-Səncə, bu tendensiyanı davametdirsinlər? Hiss eləyirsən ki, cəmiyyət artıq bezib bu söhbətlərdən?

- Neyləsinlər? Cəmiyyətin tənqidə münasibəti artıq adiləşib. Yenə deyirəm,bu problemlərin yüzdə biridi. Dəfələrlə demişəm, xalq hakimiyyətdən dəədalətsizdi. Hakimiyyətin ədaləti olmasa da heç olmasa mərhəməti var. Üzristəyirsən, əfv yazırsan. Səni bağışlayırlar. Xalqda bağışlamaq hissi yoxdu.Son yazdığım hekayələrdə əsas hədəf kütlədi. Kitab oxuyan adamı idarə eləməkçox çətindi. Azərbaycanda beyin erası qurtarıb. "Musqul” erasıdı. İdmançılaradiqqət daha çoxdu. Restoranda oturub yeyib -içirsən bir balaca yüksək səslədanışırsan qolu zorlu adam gətirirlər, yumruğu vuracaq pəncərədən çıxacaqsan.Mənəvi yol ilə qələbə qazanmaq mümkün deyil. 


-Sonuncu dəfə nə vaxt kitab oxumusan? Yaxudfilmə baxmısan?

- Qətiyyən oxumuram. Filmə də baxmıram.


-Bu etirazdı, yoxsa?

- Yox, ironiya, etiraz deyil. Oxumaq mənə əziyyət verir. İnsanlar arasındamünasibətləri taraz saxlayan əslində qeyri-səmimilikdi. Təsəvvür elə, hamısəmimidi. Aləm bir-birinə qarışar. Adamlar öz iradəsi hesabına bunutənzimləyirlər. Əslində lazım olmayan sözləri deyirlər. Azərbaycanda əxlaqdeyəndə elə bilirlər ki, böyük gələndə ayağa durdun, oturuşunu, duruşunubildinsə bu əxlaqdı. Əxlaq əslində saxtakarlıqdı. Əxlaq sənin öz hisslərinə dongeyindirməyindi. Çərçivəyə salmağındı. Siyasətdə də belədi, mədəniyyətdə dəbelədi, bütün sahələrdə belədi. Saxtakarlığın adı əxlaqdı. Məsələn, dostununbacısına vurulursan, amma deyə bilmirsən. Və məcbur qalıb deyirsən ki, "səninbacın, mənim də bacımdır”.

- Bu əxlaqsızlıqdır?

- Yox, əgər sən bu sözü deyirsənsəvə dostunun gözündə əxlaqlı bir adam kimi görünürsənsə, bu saxtakarlıqdır.İçindəki hissləri başqa cür dilə gətirirsən.



Söhbətləşdi: Oğuz Ayvaz