İran rəsmən izahat verməlidir

"Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücum terror hadisəsidir, bunu hansısa məişət əlaqələri ilə əsaslandırmaq, yumşaq desək, savadsızlıqdır. Hesab edirəm ki, bu, həm də İran dövləti tərəfindən dəstəklənən hadisədir. Diqqət etsəniz görərsiniz ki, son bir ildə dünyanın müxtəlif ölkələrində - Fransada, Britaniyada Azərbaycan səfirliklərinə hücumlar həyata keçirilib. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, səfirlik və diplomatik nümayəndəliklərin yerləşdiyi ərazilər həmin dövlət tərəfindən mühafizə olunur. İndiki halda İran adlanan dövlət Azərbaycan diplomatik korpusuna edilən hücuma görə, məsuliyyət və cavabdehlik daşıyır". Bu sözləri YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı Mətanət Səfərli deyib.
Onun sözlərinə görə, artıq bütün dünya bu gün səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə edilən və bir nəfərin şəhid, iki nəfərin yaralanması ilə nəticələnən terror hücumundan məlumatlıdır və bu olayı pisləyirlər: "İran dövləti Azərbaycan səfirliyinin təhlükəsizliyinə birbaşa məsuliyyət daşıyır, buna görə, ağlabatan, məntiqli izahat verməlidirlər. Bu, öncədən planlaşdırılan və Azərbaycan dövlətinə gözdağı vermək məqəsdilə həyata keçirilən terror aktdır. Bir məqamı da vurğulayım ki, həmin terrorçunun qarşısı alınmasaydı, səfirliyə daxil olduqdan sonra daha dəhşətli qırğın törədəcək, diplomatlarımızın həyatlarına ciddi təhlükə yaradacaqdır. Bir daha qeyd edirəm ki, İran dövlət olaraq buna cavab verməlidir. Bu məsələ ciddi şəkildə araşdırılmalı, İran rəsmən izahat verməlidir. Eyni zamanda Azərbaycanda yaşayıb İrana xidmət edən, onların təbliğatını aparan şəxslər, təşkilatlar, media orqanları nəzarətə götürülməlidir".
Digər Xəbərlər

Vahid mövqelər

Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm addım

Azərbaycan və Vyetnam arasında əməkdaşlıq üçün yeni üfüqlər açılır

Azərbaycan-Vyetnam münasibətlərinin gələcək inkişaf perspektivləri

Heydər Əliyev şəxsiyyətinin nəhəngliyi illər getdikcə daha yaxşı anlayırıq

Azərbaycan-İran münasibətləri qədim köklərə bağlıdır

Strateji Məqsəd və Humanitar Yanaşmalar üçün əsas addım...
