“İrəli” İctimai Birliyi 2022-ci il üzrə növbəti təcrübə proqramını elan edir
“İrəli” İctimai Birliyi gənclərin hərtərəfli inkişafı, o cümlədən yeni bilik və bacarıqların əldə olunmasına dəstək məqsədi ilə 2022-ci il üzrə növbəti təcrübə proqramını elan edir.
Birliyin Mətbuat xidmətindən Adalet.az-a bildirilib ki, təcrübə proqramında iştirak etmək istəyən gənclər qurumun Mətbuat, Layihələrlə iş, Təhsil və təlim, Beynəlxalq əlaqələr və Üzvlərlə iş katiblikləri, habelə “İrəli” Media Mərkəzi üzrə qeydiyyatdan keçə bilərlər. Proqrama qoşulmaq istəyən gənclərin seçim prosesi iki mərhələdə – müraciətlərin qəbulu və müsahibələrin keçirilməsi üzrə aparılacaq.
Təcrübə proqramına 17-25 yaşlarında, təşəbbüskar, motivasiyalı, məsuliyyətli və komanda ilə işləmə bacarığına sahib olan gənclər qatıla bilərlər. Üç ay davam edəcək müddətini uğurla başa vuran gənclər şəhadətnamə ilə təltif olunacaqlar.
Qeyd edək ki, təcrübə proqramı ödənişsiz şəkildə həyata keçirilir və müraciətlərin qəbulu 22 sentyabr 2022-ci il tarixinədək davam edəcək. Qeydiyyatdan keçmək istəyən gənclər aşağıdakı linkə keçid edə bilərlər: https://bit.ly/3RODpFs
Digər Xəbərlər
11 Sentyabr 2026 09:00
DÜNYAYA İNTEQRASİYA OLUNMAQ ASAN MƏSƏLƏ DEYİL
09 Sentyabr 2026 16:00
"I Bakı Türkoloji Qurultayı arxiv sənədlərində”: Azərbaycan Türk Ocağı yeni kitab hazırlayıb
04 Sentyabr 2026 09:00
QUBA TANINMAZ DƏRƏCƏDƏ GÖZƏLLƏŞİB
01 Sentyabr 2026 10:32


Bakı -°C

