"İslahatlar daha da dərinləşməlidir" - Deputat
"Bu ilin ilk rübündə neft-qaz sektorunda 0.2 faiz artım qeydə alınıb. Artımın strukturuna diqqət yetirəndə bəlli olur ki, bu neft sektorundakı stabilləşmə deyil, qaz hasilatının artması hesabına mümkün olub".
Adalet.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, əmtəəlik neft hasilatı 6,0 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 5,4 faiz artıb:
"Bu isə o deməkdir ki, neft sektorunda istehsalın stabilləşməsi ilə bağlı səylərə rəğmən hasilatda azalma davam edib. Təbii ki, burada müsbət məqam təbii qaz hasilatındakı artımlar ilə bağlıdır. Belə ki, daha çox qaz hasilatı, daha çox ixrac deməkdir. Bu fiskal və strateji baxımdan əhəmiyyətli məqamdır. Sənaye məhsulunun 64,5 faizi mədənçıxarma sektorunun payına düşür. Yəni, sənayədə yaranan hər 100 manatlıq dəyərin 65 manata yaxınını məhz neft və qaz sektoru formalaşdırır. Bu fakt enerjidən kənar sektorlarının inkişafı ilə bağlı islahatların daha dərinləşməsini prioritetləşdirir. Yeni mərhələdə ÜDM artımı qeyri-enerji sektorundakı dəyişikliklərdən birbaşa asılı olacaq.
Digər tərəfdən, neft sektorunda yaranan dəyərə hasilat ilə yanaşı “qara qızılın” qiyməti birbaşa təsir göstərir. Bu, sektorda hasilatın tam stabilləşməsini daha da aktuallaşdırır. Dünya neft bazar ilə əlaqənin minimumlaşdırılması üçün isə sənayedə qeyri neft-qaz sektorunun payının daha da artırılması vacibdir".
Digər Xəbərlər
02 Yanvar 2026 19:30
Azərbaycanın Pakistana 2 milyardlıq sərmayə qoyması müzakirə edilib
02 Yanvar 2026 11:27
“2025-ci ildə Azərbaycanın valyuta ehtiyatları 14 faiz artaraq 83.6 milyard dollara çatıb”
01 Yanvar 2026 17:15
Pensiya artımları bu aydan hesablanacaq - VİDEO
01 Yanvar 2026 14:11
“Azərbaycan xarici borcunun ÜDM-dəki payına görə dünyada ən yaxşı göstəriciyə...”
01 Yanvar 2026 13:43
“Azərbaycan dünyada ilk 94, iqtisadi gücünə görə isə ilk 85 ölkə arasında təmsil olunur”
01 Yanvar 2026 13:38
Dövlət orqanlarında çalışanlar və könüllülər yeni qaydada sığortalanacaq
01 Yanvar 2026 12:54
Aylıq gəliri 8 min manatdan çox olanlar üçün sosial sığorta haqqı ARTIRILDI
01 Yanvar 2026 08:59


Bakı -°C

