"İslamofobiya sivilizasiyaların toqquşmasına gətirib çıxarır" - Kol Durham

Bu cür konfransın təşkili və belə bir fürsətin yaradılması üçün Azərbaycana minnətdarlığımı bildirirəm. İslamofobiya çağırışı mürəkkəb və dərin kök salıb. Bu, eyni zamanda, sivilizasiyalar toqquşmasına gətirib çıxarır.
Adalet.az xəbər verir ki, bunu G20 Dinlərarası Dialoq Forumunun prezidenti Kol Durham “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” adlı beynəlxalq konfrans çərçivəsində təşkil edilən “İslamofobiyada qlobal meyillər: Çağırışlar və cavablar” mövzusunda plenar iclasda deyib.
O bildirib ki, son illərdə ardıcıl olaraq G20-yə ev sahibliyi edən ölkələr daha humanitar yanaşma ilə digər məsələlərə daha çox diqqət yetirirlər. Məsələn, ötən il Braziliya dayanıqlı inkişaf, enerji keçidləri, iqlim fəaliyyətləri və qlobal idarəetmə institutlarında islahatlarla yanaşı, aclıq və yoxsulluqla mübarizədə sosial inklüzivliyə diqqət yetirib. Bu il isə Cənubi Afrika həmrəylik, bərabərlik və davamlılığı özünün əsas mövzuları kimi müəyyənləşdirib.
“G20 Dinlərarası Assosiasiyası səviyyəsində biz irqçilik problemlərini təşkilatın fəaliyyətinin faktiki olaraq hər bir sahəsində daimi diqqət tələb edən, geniş yayılmış problem kimi qeyd etdik. Əhəmiyyətli odur ki, biz irqçilik və islamofobiya kimi şəxsiyyətə əsaslanan nifrəti ən dərin və həlli çətin insan problemlərindən bəziləri kimi görməyə başlamışıq. Etiraf etmək lazımdır ki, islamofobiya sistematik şəkildə digər məsələlərlə əlaqəlidir. Həmin əlaqəli məsələlər üzərində işləmək islamofobiyanın özündə real irəliləyişə nail olmaq üçün ən təsirli yol ola bilər”, – deyə Kol Durham qeyd edib.
Digər Xəbərlər

Bu lampalara görə 5 min cərimələnəcəksiz

Pilotsuz uçuş aparatlarının təhlükəsizlik qaydalarının pozulmasına görə cəzalar müəyyənləşdi

Azad edilmiş ərazilərdəki seçki məntəqələri tam bərpa edilə bilər

Daha 15 dayanacaq pavilyonu quraşdırılacaq
jpg-1748606325.jpg)
Erməni dilemması: Paşinyan kilsənin dilini "kəssə" Qafqazda sülh olar-ŞƏRH

Bələdiyyələrin vahid informasiya sistemi yaradılacaq

Bahar Muradova parlamentdə hesabat verdi - YENİLƏNİB
