İsmayıllıda buz bağlayan yolda avtomobil aşdı - VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İsmayıllı rayonu ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən Adalet.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlaması səbəbindən “TOYOTA” markalı minik avtomobili idarəetməni itirərək yol kənarına aşdığı və vətəndaşların nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.
Yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildə köməksiz vəziyyətdə qalan vətəndaşların xilas olunması təmin edilib.
Digər Xəbərlər
29 Yanvar 2026 11:02
Gəncədə 5 yaşlı uşaq qıcolmadan öldü
28 Yanvar 2026 18:05
Azərbaycanlıları öldürən rus polislər mükafatlandırıldı
27 Yanvar 2026 16:30
General Aydəmirovun tanınmış həkim qardaşı vəfat etdi - FOTO - YENİLƏNİB
27 Yanvar 2026 14:16
Azərbaycanda hakim vəfat etdi
27 Yanvar 2026 08:36
Səfirliyimizə terror hücumundan ÜÇ İL ÖTÜR
26 Yanvar 2026 18:54
Bakıda qadın uşaqlarını gözəllik salonunda qoyub qaçdı - VİDEO
26 Yanvar 2026 17:52
Maşın təmiri sexindəki yanğın söndürüldü - YENİLƏNİB
26 Yanvar 2026 17:48


Bakı -°C

