05 Avqust 2024 10:46
73
DÜNYA

İsrail İranın hücumuna hazırlaşır

NBC telekanalı adının çəkilməsini istəməyən İsrail məmurunun sözlərinə istinadən bildirib ki, İsrail İran və Livanın "Hizbullah" hərəkatının neçə gündür davam edən, mümkün hücumuna qarşı hazırlaşır.

 Telekanalın məlumatına görə, hazırlıqlar İranda HƏMAS təşkilatının lideri İsmail Xaniyanın öldürülməsindən sonra başlayıb.

 İsrail tərəfi ehtiyat edir ki, cavab olaraq, ölkə ərazilərinə raket və PUA-larla hücumlar ola bilər. "Ynet" portalınının verdiyi məlumatada bildirilir ki, İsrail neçə gündür ki, İranın hücumlarına hazırlaşır, eyni zamanda hökumət İran tərəfinin mövqeləri barədə məlumat əldə edərsə, bu mövqelərə preventiv zərbələr də endirə bilər. 

 The Jerusalem Pist qəzeti yazır ki, İran İsrailə hücumları 12-13 avqust tarixlərində etməyi planlaşdırır. Həmin gün İsraildə müqəddəs Doqquzuncu ava günü keçiriləcək. Axios portalı isə, hücumun 5 avüust tarixində keçiriləcəyini bildirib. 

 Rüstəm Hacıyev