05 Avqust 2024 10:25
82
DÜNYA

Pezeşkian: "Sionistlərin etdiyi heç bir şey cavabsız qalmayacaq"

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian mediaya açıqlama verib.

Adalet.az xəbər verir ki, o, açıqlamasında SEPAH-ın liderlərindən biri olan İsmayıl Haniyənin ölümü ilə bağlı danışıb:

"Haniyənin öldürülməsi İsrail rejiminin ən böyük səhvi idi. Sionistlər tərəfindən baş vermiş bu çirkin hadisə heç vaxt cavabsız qalmayacaq",- Pezeşkian qeyd edib.

İranın xarici siyasətində regionda və dünyada sabitliyi prioritet hesab etdiyini bildirən Pezeşkian İsrailin fələstinlilərə qarşı hücumlarının dayandırılması üçün İslam ölkələrinin birgə fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb.