05 Avqust 2024 09:27
79
DÜNYA

Böyük Britaniyada kütləvi iğtişaşlar...

Böyük Britaniyanın baş naziri Kir Starmer ölkənin bir çox şəhərləridə baş verən kütləvi iğtişaşları təşkil edən və sosial şəbəkələrdə iğtişaşlara  çağırış edənlərin cəzalandırılacağı barədə xəbərdarlıq edib.

 Bu barədə məlumat verən Sky News bildirir ki, Starmer Britaniyada baş verən iğtişaşları kütləvi banditizm kimi qiymətləndirib və qeyd edib ki, iğtişaş iştirakçıları əməllərindən peşman olacaqlar.

 "Mən əmin edirəm ki, siz bu iğtişaşlarda iştirak etdiyinizə görə peşman olacaqsınız. Bu iğtişaşlarda birbaşa iştirak edənlər və internetdə vəziyyəti qızışdırsnlar buna cavab verəcəklər... Bu etiraz deyil, təşkil olunmuş banditizmdir"- deyə baş nazir bəyan edib.

 Xatırladırıq ki, İyul ayının 29-da Sautport şəhərində, 17 yaşlı yeniyetmə əlində bıçaq rəqs studiyasına daxil olub. Nəticədə üç uşaq həyatını itirib. Bundan sonra şəhərə  şayə buraxılıb ki, guya hadisəni törədən yeniyetmə müsəlmandır. Bununla da Britaniyada miqrantlara qatşı kütləvi etiraz yürüşləri başlayıb və bu yürüşlər getdikcə kütləvi iğtişaşlara çevrilib.

Bildirilir ki, hazırda 90-dan artıq adam polis tərəfindən saxlanılıb.

 Rüstəm Hacıyev