05 Avqust 2024 10:02
71
DÜNYA

Rusiya irimiqyaslı hücuma keçdi: 515 PUA ilə…

Rusiya qoşunları Kramatorsk və Toretskdə aktivləşiblər və Pokrovski istiqamətində fəal şəkildə irəliləyirlər.

Adalet.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, ötən gün ərzində cəbhədə Rusiya işğalçı qüvvələri ilə 103 hərbi toqquşma baş verib. Ruslar Ukraynada 42 hava hücumu həyata keçirib, 515 kamikadze pilotsuz uçan aparat buraxıb və hərbi mövqelərə və yaşayış məntəqələrinə 3400 hücum gerçəkləşdirib.

Məlumatda ağır döyüşlər getdiyi vurğulanıb.