“İstənilən qadağa emosiyaların kəskin şəkildə “boğulmasıdır” - Psixoloq
“Uşaqların virtual aləmdə, sosial şəbəkələrdə ünsiyyətdə olması artıq bu günün vacib tələblərindən biridir. İnternet qlobal informasiya məkanıdır. Burada yaxşı elmi, sosial, psixoloji məlumatlar, eyni zamanda maraqlı, öz üzərində işləyən, elmi inkişaf etmiş insanlar da var. Həmçinin, dəyərlərə, həyat fəlsəfəsinə görə, sosial münasibətlərdə ziddiyyət yaradan və bunları müxtəlif yollarla təbliğ edən insan və qruplar da var. Bizim bir yetkin nəsil olaraq bunları nəzərə almağınız vacibdir".
Adalet.az xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da psixoloq Elnarə Baxışlı açıqlayıb.
Onun sözlərinə görə, ilk olaraq internetdə həm özümüzün, həm də ailə üzvlərimizin qorunması üçün maariflənməliyik: “İmterneti bir tərəfi virtual aləm olsa da, onun arxasında real insanlar və qruplar durur”.
Psixoıoq qeyd edib ki, valideyn övladının zövq və maraqlarına hörmətlə və səbrlə yanaşması məqsədəuyğundur: “İstənilən qadağa emosiyaların kəskin şəkildə “boğulmasıdır”. Bu da onların psixoloji inkişafına təsir edə bilər. Virtual asılılıq daha çox vaxtın düzgün təşkili və zövqlü olmaması ilə bağlıdır. Daha məqsədəuyğun olar ki, uşaqları telefon və ya kompüter tələb etməyən əyləncəli oyunlara cəlb etmək”.
Digər Xəbərlər
27 Sentyabr 2026 11:50
Depresiyada olduğunuzu göstərən, lakin fərqində olmadığınız 4 gizli əlamət
27 Sentyabr 2026 10:00
Pəhriz və məşq deyilmiş: Uzun ömrün yolu başqa bir vərdişdən keçir
26 Sentyabr 2026 21:00
Leyla Əliyeva Milli Onkologiya Mərkəzində - VİDEO
26 Sentyabr 2026 16:30
Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır
26 Sentyabr 2026 14:14
Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur
25 Sentyabr 2026 18:00
Bir çox xəstəliyinizin dərmanıdır
23 Sentyabr 2026 09:32
Miqren riskini artıran səbəb üzə çıxdı - Qadınlarda 3 dəfə çoxdur
22 Sentyabr 2026 14:26


Bakı -°C

