"İstilik dalğaları Bakıda 1990-cı illərlə müqayisədə 14 dəfə artıb" - Umayra Tağıyeva
"İstilik dalğaları Azərbaycanda da tezləşib və Bakı şəhərində 1990-cı illərlə müqayisədə 14 dəfə artıb".
Adalet.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva COP29 çərçivəsində keçirilən Şəhərlərdə Təbiət, Səhiyyə və Kənd Təsərrüfatı üzrə Yüksək Səviyyəli Dəyirmi Masada bildirib.
"Şəhərlər iqlim dəyişikliyində kritik rol oynayır. Proqnozlara görə, 2050-ci ilə qədər şəhərlərin əhalisi 2,5 milyard artacaq və qlobal əhalinin 68 %-i şəhərlərdə yaşayacaq. Qlobal istiləşmə şəhərlərdə daha tez-tez və ciddi şəkildə hiss edilən ekstremal hava hadisələri ilə müşayiət olunur. Sürətli urbanizasiya səbəbindən antropogen təzyiq həm təbiət, həm də insan sağlamlığı üçün əlavə risklər yaradıb", - o vurğulayıb.
Onun sözlərinə görə, son onilliklərdə şəhər ərazilərinin əhalisi iqlim dəyişikliyi ilə bağlı ekoloji dəyişikliklər daxil olmaqla bir çox qlobal problemlərə qarşı ən həssas hesab edilir: "Ətraf mühitin bütün bu mənfi transformasiyaları gələcək nəsillərə təsir edəcək. İqlimin istiləşməsi və istilik dalğaları şəhər əhalisinin sağlamlığı üçün daha çox risk yaradır. Xüsusilə böyük şəhərlərdə əhali hava şəraitinə daha həssasdır. Son illərdə regionumuzda 25 m/s-dən yuxarı güclü küləklərin sayı 12 dəfə artıb".
Digər Xəbərlər
23 Yanvar 2026 14:03
Qarabağda qalan sonuncu ermənilər də Ermənistana köçürüldü
23 Yanvar 2026 12:49
"Başqa ölkələrə gedəndə yolun genişliyi bizi heyrətləndirir" - Komitə sədri
23 Yanvar 2026 11:19
"Süni intellektlə bağlı qanunun qəbuluna ehtiyac var" - Deputat
23 Yanvar 2026 10:25
Penitensiar xidmətdə vakant kiçik rəis heyəti vəzifələri üzrə müsabiqə elan edildi
23 Yanvar 2026 10:07
Milli Məclisdə Böyük Qayıdışla bağlı dinləmə keçiriləcək
23 Yanvar 2026 09:59
Telefondan istifadə edən sürücü saxlanıldı - VİDEO
22 Yanvar 2026 17:23
"Bəzi qanunlar insanlar üçün müəyyən çətinliklər yaradır" - Deputat
22 Yanvar 2026 13:43


Bakı -°C

