İSVEÇRƏLİ OLMAQ XOŞBƏXTLİKDİ, DAY NƏ İSTƏYİRSİNİZ?
Deməli, Dünya Çempionatında İsveçrə Portuqaliyaya 1:6 hesabı ilə uduzdu. Mən bir az pis oldum. İsveçrənin uduzmağına yox, Murat Yakının baş məşqçisi olduğu komandanın uduzmağına görə. Bu çempionatda İlkər Gündoğara görə Almaniyanı, Əziz Behiçə görə Avstraliyanı və təbii ki, Murat Yakına görə İsveçrənin uduzmağını istəmirdim.
Ümumiyyətlə, mən dünya futbolunda harda türk oynayırsa həmin komanda uduzanda pis oluram. O cümlədən İran da uduzanda pis oldum.
Portuqaliya Braziliya kimi oynayırdı, amma baş məşqçiləri Murat Yakına bir torba tikmişdi, bu da Ronaldo idi. Murat Yakın bütün oyunu qurmuşdu Ronaldonun üstünə. Ronaldonu da oyuna salmadılar və İsveçrənin bütün sistemi pozuldu. Nəticə də biabırçı oldu.
Amma isveçrəlilər buna dilxor olmalı deyillər. İsveçrəli olmaq onlara bəs eləmir ki? Qoy bir kasıb ölkənin komandası çıxsın da, onlar da sevinsin.
İsveçrəli olmaq nə demək? Bu barədə ətraflı yazını gözləyin.
Digər Xəbərlər
17 Sentyabr 2026 11:24
Formula 1 gələn il Türkiyədə bu tarixdə baş tutacaq
17 Sentyabr 2026 09:11
Avropa Liqası: "Milan" "Benfika"ya uduzdu - VİDEO
16 Sentyabr 2026 17:30
“Kəpəz”dən azarkeşlərinə xəbərdarlıq
16 Sentyabr 2026 17:20
"Beşiktaş"da ciddi itki
16 Sentyabr 2026 16:45
Zubir: "Qurban Qurbanovla işlədiyim müddətdə çox şey öyrəndim"
16 Sentyabr 2026 16:18
Şahin Mustafayev yenə bu Federasiyanın prezidenti seçildi
16 Sentyabr 2026 15:47
"Arda Güler yeni Messidir, bütün planet görür" - VİDEO
16 Sentyabr 2026 13:10


Bakı -°C

