12 Noyabr 2024 13:41
850
SAĞLAMLIQ

 Kabab... kabab... kabab...

 Bizim millətin ən  çox sevdiyi yemək kababdır.Deyirlər ki, yeməklərin şahı plovdur. Amma yalan söhbətdir. Heç toylarda aşa yaxın duran belə yoxdur.

Ən yaxşı halda yaş məclislərində plov yeyilir.Onda da qaşıqların səsindən az qala adamın qulağı tutula! Və toyda aş verilməsə, heç kəs bir söz deməz, amma masanın üstünə kabab qoyulmasa, orda iştirak edənlər dünyanı dağıdar! Bəs onda hər gün , hər həftə kabab yemək olarmı?! Tibb elmləri namizədi, kardioloq - həkim Rafiq Yusifli deyir ki, istənilən adamın kababdan  xoşu gəlir.Amma bu o demək deyil ki, biz tez- tez kabab yeməliyik.

Birincisi kabab manqalda tam bişmir və çiy olur.İkincisi də kabablar ən çox qoyun ətindən hazırlandığına görə onun tərkibində xolesterin var. Pis xolesterinin isə ürək damlarında tıxaclar yaradır və nəticədə damar tutulması baş verir. Təbii ki, bu infarkt , eləcə də ölümlə nəticələnə bilər. Biz insanlara demirik ki, kabab yeməyin. Qoy, kimin ürəyi kabab istəyirsə, yesin, ancaq  qədərində.

Artıq yeyilən ən gözəl nemət belə insana ziyan verir. Xüsusilə də  ürək və şəkər xəstələri kababdan  az istifadə etməlidirlər. Ən yaxşı halda, üç- dörd aydan bir  onlar az miqdarda kabab yeyə bilərlər.İnsanlar tövsiyəmiz odur ki, daha çox xolesterinsiz  ətlərdən - balıq və quş ətindən istifada eləsinlər. Bu ətlər insan sağlamlığı üçün daha faydalıdır!
 

Emil Faiqoğlu