30 Iyun 2025 13:59
262
DÜNYA

Kallasdan Rusiyaya "gözdağı": "Aİ və Ermənistan heç vaxt indiki qədər yaxın olmayıb"

Xəbər verdiyimiz kimi, Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezident Kaya Kallas Ermənistana səfər edib.


Adalet.az xəbər verir ki, Kallas Ararat Mirzoyanla birgə mətbuat konfransı keçirib. Konfrans zamanı o deyib ki, mən buraya aydın mesajla gəlmişəm:" Aİ və Ermənistan heç vaxt indiki qədər yaxın olmayıblar. Bu gün biz təhlükəsizlik və müdafiə sahələrində Ermənistan-Aİ məsləhətləşmələrinə birgə başladıq. Biz Ermənistan və Azərbaycan arasında suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanan münasibətlərin normallaşmasının tərəfdarıyıq. Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması regionda davamlı sülhə zəmin yarada bilər", - deyə Kallas bildirib.


Xatıradaq ki, bir neçə gün əvvəl Rusiya Baş nazirin müavini Aleksey Overçuk TASS-a açıqlama vermişdi. O bildirmişdi ki, Rusiya Ermənistana məktub hazırlayır:" Məktubda ölkənin Avropa Birliyi ilə yaxınlaşma normaları ilə Avrasiya İqtisadi İttifaqının (Aİİ) qaydaları arasında ziddiyyətlər olduğu qeyd edilib. “Mən həmkarım Mger Qriqoryana ünvanlanmış məktubu imzalamağa hazırlaşıram ki, bizim fikrimizcə, bu hərəkətlər (AB ilə yaxınlaşma normaları - red.) Avrasiya İqtisadi İttifaqının normalarına ziddir. Buna uyğun olaraq, biz müvafiq tədbirlərin görülməsi məsələsinə baxacağıq", - Overçuk xəbərdarlıq etmişdi.

 Bundan birneçə gün əvvəl isə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin  Ermənistana xəbərdarlıq  etmişdi:" Moskva ümid edir ki, İrəvan Rusiya ilə münasibətlərə xələl gətirəcək addımlar atmayacaq və bu münasibətləri qoruyub saxlayacaq. Eyni zamanda, biz ondan çıxış edirik ki, erməni tərəfi bizim çoxşaxəli əməkdaşlığımıza xələl gətirəcək və qardaş xalqlarımızın çoxəsrlik əlaqələrinə xələl gətirəcək addımlar atmayacaq"

Əntiqə Rəşid